Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Derbini "Beşiktaş" qazandı

Yazarlar
 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
Aydın BAĞIROV
 Bizimkilər qırılıb qurtarıb ki?!
Aqil Abbas
 Azərbaycanlı molokan
Şakir YAQUBOV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
"Qəbələ"ni zirvəyə yüksəldən qələbə - Şəkillər
Top 5
Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”
"Zirə" və "Neftçi" qalib gəldi
Şeydayev "Jilina"da debüt etdi
“Real”dan əzmkar qələbə - Video
"Bavariya"da heç bir qapıçının edə bilmədiyini o etdi
Linklər
525ci Qəzet

"Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
A A A

[18.08.2012]
"Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!

Adı Ağdamın, özünün Ağdama dəxli olmayan "Qarabağ" komandası yenə Ağdama (Quzanlıya) getməkdən imtina etdi. Səbəb: yolun uzaq olması, futbolçuların gedib-gələrkən yorulmaları! Qəribə səbəbdi, məgər futbolçular Ağdama piyada gedib-gəlirlər?!
   
Onda gərək AFFA və PFL birgə qərar çıxarsınlar ki, "Qarabağ"ın futbolçularının əziyyət çəkməməsi üçün onlar Gəncəyə, Tovuza, Lənkərana da getməsinlər. Qoy zəhmət çəkib "Turan" da, "Kəpəz" də, "Xəzər-Lənkəran" da gəlsinlər Bakıya.
   
Xatırladaq ki, "Qarabağ" ev oyunlarını Bakıda oynayırdı. Ağdam ictimaiyyətinin uzun sürən tələbləri və Rövnəq Abdullayevlə Ramin Musayevin ciddi-cəhdilə komanda Ağdama qayıtdı.
   
Bir müddətdən sonra komanda yenə Ağdamda oynamaqdan imtina etdi, Suraxanı stadionu ilə 20 illik müqavilə bağladı. 20 illik! Bu müqavilədən belə çıxırdı ki, və çıxır ki, komandanın rəhbərliyi ən azı 20 il müddətinə Ağdamın azad olunmağına inanmır. Olsun, qoy inanmasınlar!
   
İctimaiyyət ayağa qalxdı, mətbuat məsələni gündəmdən çıxarmadı. Və rəhbərlik bu qınağın qarşısında geri çəkilməli oldu. Və yenə üzü Ağdama!
   
Buyurun, yenə "Qarabağ" Ağdamda oynamaqdan imtina etdi. Etsin! Bu komandanın hüququdur, harda istəyər orda da oynar, necə deyər, çarpayı onlarındı, istərlər altında yatarlar, istərlər üstündə.

İndi baxıram "Qarabağ"ın Ağdama qaytarılması üçün mübarizə aparan ictimaiyyət də yorulub, mətbuat da, qələm sahibi olan ziyalılar da, elə mən də!
   
Və heç bu məsələnin üstünə qayıtmaq fikrim də yox idi və sözümü 23 iyul İctimai Televiziyanın "Yeni gün" proqramında da demişəm, təkrar etməyə də həvəsim yoxdu.
   
Dediyim kimi, bu məsələyə qayıtmayacaqdım, amma bir həmkarımın mənə güllə kimi dəyən sözləri olmasaydı: ""Qarabağ"ı Ağdama qaytara bilməyən ağdamlılar, Ağdamı qaytara biləcəklərmi?!". Həm çox ağrılı, həm də çox ağıllı sualdı!
   
Bu yazını da bu suala cavab üçün qələmə aldım.
   
Ağdamda həmişə futbol da olub, futbol məktəbi də. Və bu futbol məktəbi təkcə "Qarabağ"ın deyil, ölkəmizin şərəfini qoruyan idmançılar yetişdirib. Müstəqilliyimizi qazanandan sonra evsiz-eşiksiz "Qarabağ" yataqxana küncündə yaşayan, ailəsinə doyunca çörəkpulu tapmayan futbolçuları ilə ölkə çempionatında da, ölkədən xaricdə də şərəflə mübarizə aparıblar. Və komandanın üzvlərinin də 80-90 faizi Ağdam futbol məktəbinin yetirmələri olub.
   
İndi gələk suala. Əvvəla, Ağdamı ağdamlılar deyil, Azərbaycan xalqı qaytaracaq. Və təbii ki, ağdamlılar da o müqəddəs döyüşdə ön cərgələrdə olacaqlar. Bu belə!
   
"Qarabağ"ı Ağdama qaytara bilməyən ağdamlılar...
   
Abbasqulu bəyin nazı ilə çox oynayırsan ha, Kərbəlayı!..
   
Deyəsən, "Qarabağ"ın nazı ilə çox oynayırsız ha, ağdamlılar!
   
Kiminsə nazı ilə oynamaq, kimdənsə xahiş eləmək, kiməsə yalvarmaq və ya kimdənsə nəyisə tələb etmək lazım deyil.
   
Toparlanıb öz "Qarabağ" komandanızı yaratmaq lazımdır. Allaha şükür, ölkədə Ağdamın yetirməsi olan layiqli məşqçilər də var, futbol mütəxəssisləri də, futbolçular da. Və Quzanlıda hər cür şəraiti olan Olimpiya kompleksi və Bakı stadionlarından heç də geri qalmayan stadion da!
   
Və futbolçu olmaq eşqi ilə yaşayan, alışıb-yanan yüzlərlə uşaq da, gənc də!
   
Qaldı pul məsələsinə. Bunun da yolu var, özü də çətin deyil. 
   
Türkiyədə TRT vergisi var. Və TRT-lər əhalidən tutulan həmin verginin hesabına yaşayırlar. Qoy hər bir ağdamlı da "Qarabağ" komandasına ayda bircə manat ödəsin. Bu rəqəm də heç bir ailənin büdcəsinə zərər vura bilməz. Bu ayda təxminən 180 min manat edir. Hələ mən imkanlı ağdamlıların könüllü ianələrini demirəm.
   
"Qarabağ" "Azərsun"undur, qardaşlar, bunu birdəfəlik qəbul edin.
   
"Qarabağ"ı Ağdama qaytarmaq lazım deyil, Ağdamın öz "Qarabağ" komandasını yaradın! Vəssalam.

Aqil ABBAS

4923 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
 
  28.02.17
00:14
  "Qalatasaray" - "Beşiktaş" - Video
00:10
  “Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır” – Elvin Məmmədov
00:01
  Derbini "Beşiktaş" qazandı
  27.02.17
23:00
  "Volfsburq"un yeni baş məşqçisi müəyyənləşdi
21:29
  Təxirə salınmış turda 26 qol - 1-ci divizionda
21:00
  "Zirə" - "Sumqayıt": Video
20:32
  "Samir Abasov yaxşı komanda formalaşdırıb"
20:20
  "Fasilədə buna görə üzr istədi" - "Sumqayıt"ın məşqçisi
19:51
  "Zirə" və "Neftçi" qalib gəldi
19:43
  "Qarabağ" - "İnter" oyununa doğru - Video
19:14
  UEFA "Beşiktaş"ı cərimələdi
18:55
  "Neftçi"nin qələbəsi - Video
18:01
  "AZAL-a samuray yox, qladiator da gətirsən, çətin məsələdir" - Tərlan Əhmədov
17:54
  Elxan Abdullayevin qələbə şərhi
17:12
  "Zirə" - "Sumqayıt": heyətlər
16:50
  Nazim Süleymanov Prosineçki ilə görüşdə - Şəkillər
16:19
  "Qəbələ" uddu, "Qarabağ" xal itirdi - əvəzedicilər
15:55
  PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
14:55
  AZAL - "Neftçi": heyətlər
14:08
  Derbi günü: "Qalatasaray" "Beşiktaş"a qarşı
13:20
  Etopaz-da 21 canlı oyun
12:54
  Renat Dadaşov 77 dəqiqə oynadı
12:40
  Beylin son durumu açıqlandı
12:12
  “Volfsburq” baş məşqçisini qovdu
12:00
  La Liqada baş məşqçi istefası
11:37
  Premyer Liqamızın oyunları canlı yayımda
11:04
  Simeone 300-ə çatdı
10:46
  Elxan Məmmədov seçki platformasını təqdim etdi
10:11
  Ronaldodan penalti rekordu
09:45
  PSJ-dən darmadağın - Video
02:09
  Kamran və Eminin komandası uduzdu
01:52
  “İnter” “Roma” ilə bacarmadı - Video
01:42
  “Real”dan əzmkar qələbə - Video
01:28
  Eddinin oyuna qoşulması komandasına düşərli oldu
01:12
  Sabiq “Qarabağ”lı “Ayaks”a qol vurdu
00:59
  Quluzadə 1 hissə oynadı
00:41
  “Milan” səfərdən 3 xalla qayıtdı - Video
00:27
  La Liqada hər mövsüm ən azı 20 qol vurur
00:13
  “Mançester Yunayted” Liqa kubokuna sahib çıxdı - Video
00:00
  “Fənərbaxça” yenə qələbəyə həsrət qaldı
  26.02.17
22:57
  Şeydayev "Jilina"da debüt etdi
21:40
  Luis Enrike 100-cü oyuna çıxdı
21:18
  Messi "Barsa"nı yenə xilas etdi - Video
21:05
  Madriddəki matçın qalibi - "Barselona"!
20:05
  Millimizin oyunçusu Almaniyada qol vurdu
19:18
  “Tottenhem”dən darmadağın, Keyndən het-trik
18:54
  “2-3 yeni oyunçu alacağıq” - Mourinyo
17:50
  O ′Nil “Lester”ə gedəcəkmi?
16:19
  "Bavariya"da heç bir qapıçının edə bilmədiyini o etdi
15:48
  “Ramil debütə hazırdır” – “Jilina”nın baş məşqçisi
15:40
  Şeydayev bu gün Slovakiyada debüt edə bilər
15:15
  “Fiorentina” azarkeşlərindən etiraz aksiyası
14:32
  Kamran və Eminin komandası derbiyə çıxır
14:13
  “Di Mariya düşünür ki, PSJ ona hörmətsizlik edib”
13:35
  Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore