Azərbaycanda “Qalatasaray”ın rəsmi idman akademiyası fəaliyyətə başlayıb.
Bu haqda QOL.az-a İstanbul klubunun İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov məlumat verib. O, artıq akademiyaya seçim mərhələsinin start götürdüyünü də deyib.
Hazırda Bakıda səfərdə olan E.İmanov “Qalatasaray”ın bəzi layihələri ilə bağlı görüşlər keçirdiklərini söyləyib. O bildirib ki, “Qalatasaray”ın Azərbaycanda idman məktəbləri layihəsi üzərində işləyirlər:
“Qalatasaray” idman klubu bu layihəni keçən il başladıb. Bundan əvvəl “Qalatasaray”ın futbol, voleybol, basketbol məktəbləri var idi. Biz qərara gəldik ki, bu məktəbləri “Qalatasaray” idman məktəbi adı altında birləşdirək və öncül təhsil mərkəzləri ilə müqavilə bağlayaraq bu idman məktəbini açaq. Çünki “Qalatasaray” təkcə futbol klubu deyil, həm də Türkiyənin böyük idman klublarındandır. Biz bu layihəni Türkiyədə başlatdıq. Ondan sonra Şimali Kiprdə davam etdirdik. 3-cü ölkə olaraq Azərbaycanda bunu layihə olaraq planlaşdırdıq. Hazırda Bakı şəhərində bu işə başlamışıq”.

O deyib ki, layihə ilə əlaqədar 3 təhsil müəssəsi ilə razılaşıblar: “Bunlar 20 nömrəli məktəb, 23 nömrəli məktəb və Heydər Əliyev adına Müasir Təhsil Kompleksidir. Hətta Tofiq Bəhramov adına stadionun mini meydançasına cavabdeh şəxslərlə də danışdıq. Burda basketbol, futbol, voleybol üzrə dərslər veriləcək. İnşallah, gələcəkdə yüngül atletika və üzgüçülük üzrə də dərslər nəzərdə tutulur. Dərsləri Türkiyədən gələn və eyni zamanda Azərbaycanın tanınmış mütəxəssisləri keçəcək. Voleybolda Alla Həsənova kimi Azərbaycanın məşhur mütəxəssisi dərs deyəcək. İdman akademiyasıma "Qalatasaray"a çox xidməti olmuş Turqay Zeytingöz başçılıq edəcək. Hazırda qeydiyyatlar başlayıb. Bakıda fəaliyyətə başlasaq da, gələcəkdə Azərbaycanın Sumqayıt, Gəncə, Lənkəran kimi böyük şəhərlərində də bu layihəni həyata keçirməyi planlaşdırırıq. Bizim ən böyük hədəfimiz Azərbaycanın idman sektoruna kömək etməkdir”.
E. İmanov futbola aid planlar haqda da söz açıb: “Məktəbdə voleybol, basketboldan başqa futbol məktəbi də olacaq. Futbolla aid planlardan biri də odur ki, "Qalatasaray"ın rəsmi fan şopu açılacaq. Bununla bağlı yer axtarışlarımız davam edir”.
Akademiya ilə əlaqə saxlamaq üçün:
Telefon: +99450 713 19 05
İnstaqram: GSAzerbaijanAcademy
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu