Təəssüf ki, Çempionlar Liqasının 2-ci təsnifat turunda öz meydanımızda Polşanın "Rakov" komandası ilə oyun 1:1 hesabı ilə sona çatdı və ümumi hesaba görə biz uduzduq. Baxıram mətbuatda və sosial şəbəkələrdə hamı Qurban Qurbanovu və komandanı S-300 raketləri ilə atəşə tutub. Qalibin yanında olmaq asandır, əsas odur ki, komanda uduzanda onu tək qoymayasan. Yoxsa indi hamı Qurban Qurbanovu və futbolçuları ruhdan salmaq üçün dəridən-qabıqdan çıxır, futbol "professorları" Qurbana dərs keçirlər.
Bəli, oyun alınmadı, müdafiədə, xüsusilə də sağ kənar müdafiəsində ciddi boşluqlar var idi. Bunu demək və yazmaq olar, amma qərəzlə yox, komandanı ruhdan salmaq üçün yox.
Qurban Xocaya bircə məsləhətimiz var ki mətbuatı və sosial şəbəkələri nə özü izləsin, nə də futbolçuları. Və ruhdan da düşməsinlər, qarşıda həm Avropa Liqasının oyunları var, həm də Azərbaycan çempionatı.
Və yəqin ki, Qurban Xoca komandasının zəif nöqtələrini bizdən yaxşı görür və tezliklə kluba yenə çəki-düzən verəcək.
Məni doğma klubumuzun uduzmağından daha çox, onun uduzmağına sevinənlər yandırır. Dostlar, "Qarabağ" Ağdam demək deyil, "Qarabağ" Azərbaycan deməkdir. "Qarabağ" Azərbaycandır və nida!
Aqil Abbas
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
"Milan" "Yuventus"la heç-heçə etdi
İstanbul derbisində "Fənərbaxça" qələbə qazandı
"Avrokuboklara getməmək dünyanın sonu deyil" - Şahin Diniyev
"Sabah" "Səbail"i belə məğlub etdi - Video
"Mançester Yunayted"dən heç-heçə
"Sabah" "Səbail"ə qalib gəldi
Elcan Hacıyev Avropa çempionu oldu - Yenilənib
Krivostyukun komandasından qələbə
"Liverpul"dan xal itkisi
"Sabah" - "Səbail": Heyətlər
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Barselona"nın Lamin Yamal qərarı
Klopp: "Liverpul"un çempion olacağına inanmıram"
Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı
Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir
Konte "Napoli"yə "hə" dedi
PFL hakim təyinatlarını açıqladı
"Lester" Premyer Liqaya qayıdır
Canni İnfantino "Qarabağ"ı təbrik etdi
Arda Gülerin "Real"a qələbə qazandıran qolu - Video
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı - Video
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı