Sağ ol, dostum! Var ol, nə yaxşı sən varsan. Tanrı səni Azərbaycan futbolunun başından əskik eləməsin. Özün dediyin kimi, yığmamız çox yaxşı oynadı – 5:0 nədir ki? 10:0 da ola bilərdi, yaxşı kayf tutursan. 5 il Foqts oturdu Azərbaycan futbolunun içinə, yəqin 5 il də sən oturarsan futbolumuza.
Bakı gözəl şəhərdi, biz də çox qonaqpərvərik. Qonaqpərvər olmasaydıq çoxdan dalına bir təpik vurub, göndərmişdik İtaliyaya.
Hayıf deyil Bakı, yeyirsən əmlik ətindən, qara kürüdən, vurursan şotland viskisindən, kef edirsən özün üçün.
Nə badə istefa ərizəsi verəsən, qətiyyən! Əgər olmayan AFFA səni istefaya göndərmək istəsə, Foqts kimi sən də AFFA-nın rəhbərliyini şantaj elə.
Hələ qarşıda Belçika ilə, Estoniya ilə oyunlar var. Arzu edirik ki, bir-iki setka da top oralardan gətirəsən.
Mən sənə nə deyim ta, Allah işini avand eləsin.
Avdal-Gülaflı Şakir, qarmonçalan Şakir, çay qırağında bitib, susuz qalan ağacların sağlığına badə qaldıran Şakir, Rəmişin dostu Şakir sağ olsaydı, xoşu gəlməyən adamlara dediyi kimi, sənə də deyərdi:
- Ə, nemes oğlu, nemes, sənə nə pisliyimiz dəyib ki, bizi dünyada rüsvay edirsən?!
Nə isə. Bir daha səni səmimi qəlbdən təbrik edir, Azərbaycan futbolunun içinə oturmaqda uğurlar diləyirəm.
Aqil Abbas
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
"Milan" "Yuventus"la heç-heçə etdi
İstanbul derbisində "Fənərbaxça" qələbə qazandı
"Avrokuboklara getməmək dünyanın sonu deyil" - Şahin Diniyev
"Sabah" "Səbail"i belə məğlub etdi - Video
"Mançester Yunayted"dən heç-heçə
"Sabah" "Səbail"ə qalib gəldi
Elcan Hacıyev Avropa çempionu oldu - Yenilənib
Krivostyukun komandasından qələbə
"Liverpul"dan xal itkisi
"Sabah" - "Səbail": Heyətlər
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Barselona"nın Lamin Yamal qərarı
Klopp: "Liverpul"un çempion olacağına inanmıram"
Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı
Useyn Bolt Kilian Mbappe ilə yarışmaq istəyir
Konte "Napoli"yə "hə" dedi
PFL hakim təyinatlarını açıqladı
"Lester" Premyer Liqaya qayıdır
Canni İnfantino "Qarabağ"ı təbrik etdi
Arda Gülerin "Real"a qələbə qazandıran qolu - Video
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı - Video
Şahruddinin komandası "Qalatasaray"a uduzdu