Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Rauf Əliyev böyükhesablı qələbədə pay sahibi oldu - Video

Yazarlar
 Qınamayın azarkeşi, Qurban müəllim!
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Sumqayıt" - Şəkillər
Top 5
"Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
"Neftçi" "Qəbələ"yə də uduzdu
“Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb – futbolumuzda rekord
“Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
"Dedi "ağzını bağla" və mənə yumruq vurdu" - Ruslan Qurbanov
Linklər
525ci Qəzet

Olmayan Ağdam və olan Tovuz…
A A A

[19.04.2017]
Olmayan Ağdam və olan Tovuz…

Olmayan Ağdam «Qarabağ» komandasının arxasında dayandı, komandanı məhv olmaqdan qorudu, yaşatdı və Avropa meydanlarına daşıdı. Təbii ki, xeyirxah insanların köməyi ilə. Olmayan Ağdamın icra başçısı Həsən Sarıyev bu komanda üçün olmazların olmazlarını elədi. «NNN bank»ın prezidenti Nazim Abdullayevin və «Əmrahbank»ın prezidenti Yusif İldırımzadənin böyük ürəkləri bu komanda ilə bir vurdu. Bugünkü «Qarabağ» da göz qabağındadı.

Tovuzun «Turan» komandası birinci divizyonda çempion oldu və yüksək liqaya vəsiqə qazandı. Təbii ki, yüksək liqada çıxış etmək üçün çox şərtlər var. Bütün bu şərtlərin başında da maliyyə durur. İndi mətbuatda komanda rəhbərlərinin ruh düşgünlüyünə rast gəlirəm. Doğrudan çox ağırdı, bir o qədər əziyyət çək, sonda zəhmətin puça getsin.

Tovuzda həmişə futbol olub. Özü də yaxşı futbol olub. «Turan» hələ SSRİ dönəmində də Azərbaycanın güclü komandalarından biri idi. Hətta bir dəfə futbolçular ağır yol qəzasına düşüb həlak oldular, amma «Turan» sınmadı, yenidən toparlandı, yenidən yaşıl meydanlarda öz sözünü dedi.

Olmayan Ağdam «Qarabağ»ı saxlaya bildisə, doğrudanmı olan Tovuz «Turan»ı saxlaya bilməyəcək?!

Tovuz qərb bölgəsinin ən varlı rayonlarından biridi. Bu rayonu da, bu rayonun adamlarını da çox yaxşı tanıyıram. Çoxlu da dostlarım var və özü də hamısı sədaqətli dostlardı. Və Tovuz camaatı yaxşı yaşamağı da bacarır. Həm də qonaq-qara sevən camaatdı, çörəkli camaatdı. Təxminən 30-35 il əvvəl bir qohumum Tovuzda orta bir vəzifədə işləyib bir müddət. Hələ də Tovuz camaatı onun xətir-hörmətini saxlayır, hələ də onun övladlarının təknəsində Tovuz camaatının da bir parça çörəyi var.

Həm Sovet dönəmində, həm də elə indi Tovuzda çox imkanlı adamlar olub və olacaq. Həmin imkanlı adamlar bir yerə yığılmalıdı və «Turan»a dəstək olmalıdır. Bu işdə hörmətli millət vəkilimiz Qənirə xanımın çabalarını alqışlayıram.

Dünyadı, ola bilər ki, kimlərsə yaxalarını kənara çəkə bilər. Onda da bir çıxış yolu var.

«Turan» kluba çevrilməlidi. İnanın kluba çevrilsə minlərlə tovuzlu həmin kluba üzv olmaq istəyəcək; ən kasıbından tutmuş, ortabab yaşayanından varlısına qədər. Klub üzvlərinin üzvlük haqqı ilə də «Turan»ı normal saxlamaq mümkündü.

«Varın verən utanmaz» deyə vaxtilə «Qarabağ»ı belə saxlaya bilmişdik. Olmayan Ağdamın komandasını. İndi olan Tovuz doğrudanmı adını Azərbaycan futbol tarixinə yazmış «Turan»ı saxlaya bilməyəcək? Klubunuzu yaradın, qardaşlar. Məmnuniyyətlə klubunuza üzv olaram. «Varın verən utanmaz» deyə köməyimi əsirgəmərəm, təki «Turan» yaşasın!

Əsgər Abdullayev, səni və komandanı ürəkdən təbrik edirəm. Ruhdan düşməyə dəyməz. Müsahibənizdən belə başa düşdüm ki, AFFA-nın bir əli üstünüzdə olub. İnşallah, inanıram ki, AFFA da o əli üstünüzdən çəkməz.

Deyəcəklər son zamanlar futboldan çox yazırsan. Bir Pele Braziliyanı dünyaya tanıtdı, bir Maradona Argentinanı. İndi bir Messi Argentinanı, bir Ronaldo Portuqaliyanı, bir Fatih Terim Türkiyəni dünyaya tanıdır. Fil dişi adında ölkə tanıyırdız?! Amma bir Droqba onu dünyaya tanıtdı. Futbol həm də sülh oyunudu, barış oyunudu.

Şair Şahmar Əkbərzadə Pele haqqında necə deyir:

Həsəd aparırdı ağıllı başlar,
Ağlı topuğunda olan oğlana.

Mən də istəyirəm ölkəmiz bütün sahələrdə inkişaf etdiyi kimi, futbolda da inkişaf eləsin. Əgər olimpiya oyunlarında qızıl medallar qazana biliriksə futbolda niyə qazanmayaq?

«Turan»a uğurlar. Özü də komandanın adına bax ey, TURAN!

Bir kimsəyə əyilməz turanlılarız,
Canımızla, kanımızla düşməni yıkarız!
Mərkəzi-xakə atsalar da bizi,
Kürreyi-ərzi partladar, çıkarız!

Aqil ABBAS

6816 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  25.09.17
02:10
  "Qarabağ"ın yaxşı hücum xətti var" - "Roma"nın baş məşqçisi
01:45
  "İnter"dən qələbə - Video
01:00
  Rauf Əliyev böyükhesablı qələbədə pay sahibi oldu - Video
00:20
  Millimizin üzvü 90 dəqiqə oynadı
00:01
  "Qalatasaray" vahid lider oldu
  24.09.17
22:20
  "Qəbələ" - "Neftçi" - Şəkillər
21:38
  "Neftçi" üçün bu yerdə olmaq biabırçılıqdır" - Rəşad Sadiqov
21:16
  Fariz Nəcəfov: “Yerli futbolçu yoxdur, çempionatda limit dəyişməlidir”
21:09
  "Neftçi"nin 5-ci məğlubiyyəti - Video
20:52
  "Dedi "ağzını bağla" və mənə yumruq vurdu" - Ruslan Qurbanov
20:41
  “Bu gün olan sərhəddi aşdı” – Qriqorçuk
20:34
  "Günahkar çox ciddi cəzalanacaq" – Fariz Nəcəfov
20:29
  “Yaxşı olardı ki, Elxan müəllim bizə hörmətlə yanaşsın” – Tərlan Əhmədov
20:19
  Voelybolçularımızdan növbəti qələbə - Avro-2017
19:57
  “Qəbələ”nin futbolçuları arasında qalmaqal – Şəkillər
19:51
  "Neftçi" "Qəbələ"yə də uduzdu
19:30
  Emin Mahmudov Premyer Liqada debüt oyununa çıxdı
19:11
  "Milan" uduzdu - Video
17:52
  “Real” onunla müqaviləni uzatdı
17:29
  Qəbələdə heyətlər açıqlandı
15:51
  Ronaldodan uğursuz simulyasiya – Video
15:34
  “Çempionlar Liqası əvvəlkitək maraqlı deyil” – Venger
14:57
  “Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb – futbolumuzda rekord
14:51
  “Qarabağ”la oyunu buraxacaq – “Roma”da ciddi itki
14:21
  “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
12:39
  Benzema avtomobil qəzasına düşdü - Şəkil
12:14
  Günün canlı oyunları - Etopaz-da
11:37
  Neymar PSJ-də nə qədər maaş alır ?
11:10
  İstanbul derbisinin videosu
10:54
  "Qəbələ" - "Neftçi" oyunu canlı yayımda
10:30
  "Qarabağ" güclüdür, amma top yumrudur" - “Zirə”nin legioneri
10:20
  "Prosineçki yuxuda görə bilər ki..." - Nizami Hacıyev
10:11
  "Real"da yeni müqavilə
09:45
  "Zirə" - "İnter" - Şəkillər
01:57
  “Barselona” qələbə seriyasını davam etdirir - Video
01:45
  “Yuventus” derbini 4 qolla qazandı - Video
01:33
  “Real” səfərdən 3 xalla qayıtdı - Video
01:14
  Kamran ehtiyatda qaldı
00:50
  “Liverpul” “Lester”i məğlub etdi - Video
00:39
  Lukaku “Mançester Yunayted”ə qələbə qazandırdı - Video
00:14
  “Mançester Siti”dən darmadağın - Video
00:14
  Zirədə qalib aşkarlanmadı - Video
00:00
  Derbini “Fənərbaxça” qazandı - 3 qol, 2 penalti, 5 qırmızı vərəqə
  23.09.17
23:04
  "Heç bir futbolçuya ixtiyar verməmişik ki..." - Ayxan Abbasov
22:45
  "Zirədə bir xal qazanmaq yaxşı nəticədir" - Svanadze
21:56
  "Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
21:50
  "Gərək oyun olsun ki, danışasan" - Şahin Diniyev
20:54
  "Səbail" 3 xalı 1 qolla qazandı - Video
20:45
  “Çelsi”dən darmadağın - Video
20:27
  "Oyunumuzdan razı deyiləm" - Samir Əliyev
20:16
  Qurban Qurbanovun Miçelə əsəbləşdiyi anın videosu
19:47
  “Roma” Bakıya qələbə ilə gəlir - Video
19:19
  "Zirə" - "İnter": heyətlər açıqlandı
18:55
  "Atletiko"nun qələbəsi - Video
18:06
  London derbisini "Tottenhem" qazandı - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore