Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qalatasaray" - "Fənərbaxça" oyununda gərgin anlar - Şəkillər

Yazarlar
 Bizim Ansi
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Atletiko" - Şəkillər
Top 5
"Qarabağ"ın ilk məğlubiyyəti - "Qəbələ"yə uduzdu
"Neftçi"dən ardıcı 3-cü qələbə, "Zirə"dən ilk məğlubiyyət
"Qarabağ" - "Atletiko" oyunu..." - Di Françeskodan açıqlama
Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurdu
Türk azarkeşlərdən “Qarabağ”a növbəti dəstək – Şəkil
Linklər
525ci Qəzet

“Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
A A A

[27.03.2017]
“Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!

Hamı futbol professorudu. Bu fikri ilk dəfə Füzuli Cavadovdan eşitmişəm. Bir dəfə də hansısa yazımda qeyd eləmişəm. Təkrar etmək pis olmaz.

Vaqif Cavadovun ən formada olduğu vaxtlardı. Stadionda futbola baxırıq, Vaqif də demək olar ki, oyunu çiynində daşıyır. Təbii ki, səhvləri də var, amma canını qoyur. Şərəf tribunasında oturmuşuq, Füzuli Cavadovla da yan-yana. Hamı da Vaqifdə səhv axtarır: gərək bunu belə eləyəydi, topu belə ataydı, sağ tərəfə keçəydi və sair və ilaxır. Axırda Füzuli Cavadov dözmədi, qaxldı ayağa dedi:

- Burda hamı futbol professoruymuş ki?!

Boynunu da qucaqladım, xeyiri olmadı və çıxıb getdi.

Ayın 26-da gözəl bir futbol izlədik. Dünyanın dördqat çempionu Almaniya ilə oynayırdı bizimkilər. Canlarını qoydular, oynadılar gücləri çatdığı qədər. Hətta doqquz aydı qapısında qol görməyən almanların qapısına da yol tapdılar. Və uduzduq. Və oynayıb uduzduq. Uşaqlar gözəl oyun göstərdilər.

Televizorda baxırdım. İlk dəfə stadionda olmadığıma heyifsləndim.

Sonra sosial şəbəkələri izlədim. Millət deyilik ey, kefik başdan-ayağa. Beş-altı nəfəri çıxmaq şərtilə  hamı lağa qoyur, tənqid edir, təhqir edir,  məzələnir. Futbolu bilən də, bilməyən də hərə bir loğaz qoşur. Guya özləri öz işlərinin peşəkarıdı, dahisidi. Milli komandaya bu münasibət məni çox ağrıtdı. Udana nənəm də azarkeşlik edər, əsas odur ki, uduzanda  komandana sahib çıxasan, arxa durasan, onu ruhdan düşməyə qoymayasan.

“Qarabağ” uduzanda təbii ki, bərk dilxor oluram, amma bir təsəllim olur. Təsəllim odur ki, məşqçi də, futbolçular da bu məğlubiyyətdən nəticə çıxaracaqlar, nöqsanlarını biləcəklər, səhvlərini öyrənəcəklər, növbəti oyuna daha yaxşı hazırlaşacaqlar.

Gələk almanlarla bizimkilərə.

Əvvəla, siz bilirmisiniz ki, Almaniyada neçə peşəkar futbol komandası var, əsas Bundesliqadan başqa ikinci, üçüncü, divizionları var. Hələ peşəkarlığa doğru addım atan həvəskar klubları demirəm, bəlkə 200-dən artıqdı. Və ölkə içində minlərlə peşəkar futbolçusu var, hələ ölkə xaricində demirəm. Bu rəqəmləri daha dəqiq Aydın Bağırov bilər.

Bəs, sənin neçə futbol klubun var? Səkkizi yüksək liqada, on dördü birinci liqada. Neçə elədi, 22? Hərəsində də olsun 25 futbolçu. Xarici klublarda neçə oyunçun var? 4, 5, 6? Hələ şükür eləməliyik ki, yox yerdən belə bir milli komanda formalaşdıra bilmişik.

Almanların milli komandasındakı oyunçuların qiyməti bilirsiniz nə qədərdi? Təxminən 380-400 milyon  avro arası. Bəs bizimkilərin? Adı dilimə yatmayan baş məşqçi də daxil olmaqla olsa 4-5 milyon avro, qudursun olsun 6 milyon.

Bir dəfə Türkiyədə «Rizəspor»mu, «Ərzurumspor»mu, yəni əyalət komandası öz meydanında «Fənərbaxça»ya böyük hesabla uduzmuşdu. Oyundan sonra mətbuat konfransında jurnalistlər tökülmüşdü baş məşqçinin üstünə: bu  nə komandadı, bu nə oyundu?

Baş məşqçi istehza ilə gülərək dedi:

- Futbol da bir savaşdı. Rəqib bizim üstümüzə tanklarla, füzələrlə, efonaltılarla gəlir, bizimsə əlimizdə olan silah dörd-beş kalaşnikovdu, bir snayper, qalanları da quş tüfəngləri. Və istəyirsiz ki, biz bu döyüşdə qalib gələk?

Yeri gəlmişkən, Rəşad Sadıqovun da bir fikrini təkrar etməyə ehtiyac duydum. Avropanın ulduzlar oynayan  bir komandasına Bakıda məğlub olduq. Hamı düşmüşdü  Rəşad Sadıqovun üstünə ki, adı yadımdan çıxıb, deyək ki, olsun Ronaldo, niyə  qabağını kəsə bilmirdiz, niyə qoyduz  top vursun.
Rəşad gülüb dedi:

- Onun qabağını kəsə bilsəm gedib “Barselona”da oynayaram da.

Yəni hər kəsin bir gücü var. Bir müqayisə edin, sonra töhmətləndirin, tənqid edin, amma daha təhqir etməyin, lağa qoymayın, məzələnməyin. Bunlar hamısı bizim balalarımızdı.

Milli komandamız gözəl oynadı. Kalaşnikovlarla tankların qabağına çıxdılar, amma qaçmadılar, hələ  o tankların birinə özlərini atıb partlatdılar da. Çox ləzzətli bir oyunuydu, çox gözəl bir oyunuydu. Xüsusilə də ikinci hissə.

Vaxtilə klublarımız da Avropadan bir “setka” topla qayıdırdılar, elə öz meydanlarımızda da qapı torları…

Amma indi həm “Qarabağ”ımız, həm “Qəbələ”miz Avropa kuboklarında uğurlu çıxış edirlər. Beş oyundan 7 xalımız var. Əgər növbəti oyunlarda da komandamız toparlanıb almanlarla oyundakı ikinci hissədəki kimi güclərini ortaya qoysalar,  növbəti beş oyundan da normal xal toplayacaqlarına inanıram.

Oyundan ləzzət aldım. Futbolçularımızı təbrik edirəm, adı dilimə yatmayan məşqçini də təbrik edirəm. Bu futboldu – udmağı da var, uduzmağı da. Biri var oynayıb uduzasan, biri var çıxıb meydanda ləbbeyk döyəsən. Oynadıq uduzduq. Və kimə uduzduq?..

… Bir dəfə «Spartak» stadionunda «Neftçi» ilə “Dinamo” Kiyevin əvəzedici heyətləri oynayırdı.  Artıq birinci hissədə qapımıza dörd top vurmuşdular.  Azarkeşlər bizim oyunçuları adlarıyla küçə söyüşləri ilə təhqir edirdilər, futbolçularımızı lap sındırırdılar. O vaxt Tofiq Abbasov gəlib durdu tamaşaçıların önündə, əsəbi halda çığırdı:

- Ə, görün biz kimlə oynayırıq ey, SSRİ-nin yığmasıyla. Ayıb olsun hamınıza. Lap sizin də, sizin…

Həmin gün “Dinamo”nun əvəzedici heyətində SSRİ yığmasının 6-7 futbolçusu  oynayırdı: Rats, Yeremçuk, Demyanenko, Zavarov, Belanov…

…  Oynadıq, uduzduq. Və kimə uduzduq? Aşqabadın “Kolxozçu” komandasına uduzmamışıq ey! Braziliyada braziliyalıların qapısına  yeddi top vuran almanlara uduzmuşuq.

Sevin komandamızı, arxa durun komandamıza. Bu bizim komandadır!

Stadiondakı arazkeşlərə də eşq olsun. Həm bir nəfər kimi himnimizi oxuduqlarına görə, həm də sonadək komandamızı dəstəklədiklərinə görə!

Aqil ABBAS

5743 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  23.10.17
13:12
  Günün canlı oyunları - Etopaz-da
12:45
  Raufun növbəti qolu - Video
12:26
  "Golden Boy" sahibini tapdı - Kilian Mbappe!
12:02
  Karrasko “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandırıldı
11:28
  Nazarov bu hərəkətinə görə qovuldu - Video
10:55
  FİFA 2017-in ən yaxşı oyunçusunu bu gün açıqlayır
10:15
  "Yuventus" 6 qolla qalib gəldi - Video
09:40
  "Qalatasaray" - "Fənərbaxça" oyununda gərgin anlar - Şəkillər
02:45
  İstanbul derbisinin videosu
02:02
  Neymar meydandan qovuldu, PSJ xal itirdi
01:31
  "Real"dan ardıcıl 4-cü qalibiyyət - Video
01:15
  "Arsenal" və "Tottenhem" qalib gəldi
01:00
  Eddinin komandası uduzdu
00:39
  "Atletiko" səfərdən 3 xalla qayıdır - Video
00:22
  "Roma"dan qələbə - Video
00:10
  Kamran 90 dəqiqə oynadı
00:01
  “Komandada bir münaqişə var idi, onu da həll etdik” – Cavid Hüseynov
  22.10.17
22:26
  İstanbul derbisi bitdi
21:55
  “Qəbələ” elə həmin “Qəbələ” idi” – Rəşad Sadıqov
21:38
  Asif "Qəbələ"yə qələbə qazandırdı - Video
21:34
  “Bədavinin zədələnməsini arzulamazdım” – Elvin Yunuszadə
21:28
  “Atletiko” ilə oyunun bugünkü nəticəyə təsiri oldu” – Qurban Qurbanov
21:19
  "Çox, lap çox məmnunam" - Qriqorçuk
21:13
  “Nazir bizi təbrik edib, getdi” – Fariz Nəcəfov
20:48
  Rəşad hakimi itələdi, penalti istədi – Şəkillər
20:24
  "Qarabağ"ın ilk məğlubiyyəti - "Qəbələ"yə uduzdu
20:01
  Dmitri Nazarov meydandan qovuldu
19:08
  Kəmaləddin Heydərov “Qəbələ”nin oyununda
18:05
  Türk azarkeşlərdən “Qarabağ”a növbəti dəstək – Şəkil
17:51
  Qriqorçuk və Qurbanov heyətləri açıqladı
16:20
  "Bakıdakı heç-heçəyə üzülmədim" - Simeone
15:48
  “Azərbaycanda futbolun bütün ağırlığı “Qarabağ”la “Qəbələ”nin çiyinindədir” - Syomin
14:39
  Messinin 500-ü
13:19
  “Milan” baş məşqçini dəyişə bilər
12:31
  “Camaat içinə çıxmağa utanıram” – “Kəpəz”in futbolçusu
12:20
  “Bu məsələdə Qriqorçukun rolu var” – Fariz Məmmədov
12:08
  "Qalatasaray" "Fənərbaxça"ya qarşı
11:54
  “Mançester Yunayted”də gərginlik – Mourinyo danışdı
11:35
  “Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov
10:27
  "Qarabağ" - "Atletiko" oyunu..." - Di Françeskodan açıqlama
09:57
  “Qarabağ”ın rəqibləri bu gün
01:40
  "Barselona"dan növbəti qələbə - Video
01:10
  Araz oynadı, komandası qalib gəldi
01:05
  "Napoli"ni "İnter" dayandırdı
00:15
  "Mançester Siti"dən böyükhesablı qələbə - Video
00:05
  Millimizin üzvü 90 dəqiqə oynadı
00:01
  Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurdu
  21.10.17
22:30
  Gəncədəki oyundan şəkillər
21:47
  Cüdoçumuz dünya çempionu oldu - finalda ermənini uddu
21:35
  "Mançester Yunayted" səfərdən xalsız qayıdır - Video
20:59
  "Çelsi"dən 4 qol - Video
20:24
  "Komandam super oynayır" - Samir Abasov
20:18
  "Hər futbolçu “Qarabağ”da oynaya bilməz" - Ayxan Abbasov
19:52
  "Zirə" uduzdu - Video
19:44
  "Çelsi" qalib gəldi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore