"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan kubokunun finalında “Qarabağa” məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Kubokun finalında son dəqiqələrdə gələn qolla məğlub oldunuz...
- Çox yaxşı oyun oldu. Keçən il komandamızda əcnəbi futbolçular üstünlük təşkil edirdi. Bu il isə komandanın əksəriyyəti cavan, yerli futbolçulardan ibarətdir. Biz bununla fəxr edirik ki, bir ildə bu heyəti yavaş-yavaş qura bildik. İnanırıq ki, uğurlarımız hələ qabaqdadır.
- Hakimin qərarları sizi qane etdimi?
- Mən dəfələrlə demişəm, indidə deyirəm. Oyundan sonra yığışıb hakimə nəsə söz demək, ümumiyyətlə düz deyil. Xüsusi inspektorlar var. Onlar hakimlərə baxıb, öz sözlərini deyirlər. Komanda qələbə qazanıb və ya məğlub olursa, hakimi oyundan sonra tərifləmək və ya pisləmək qəti düzgün deyil.
- Demək olar ki, bütün komanda ilə müdafiəyə çəkilən “Neftçi”dən nə yaza bilərik?
- Mən hesab edirəm ki, “Neftçi” çempionatı altıncı yerdə başa vurmasına baxmayaraq, çox güclü komanda olan “Qarabağ”la bərabər səviyyəli oyun oynadı. 120 dəqiqə heç-heçə etdik. Lakin son dəqiqələrdə qapımızda qolu gördük. Bunları yaza bilərsiniz.
- Bu mövsüm avrokuboklara vəsiqə qazanmağı “Neftçi” üçün uğur saymaq olar?
- Bizim məqsədimiz ya ölkə çempionatı mükafatçılar sırasında başa vurmaq, ya kubokda finala yüksəlmək idi. Əsas hədəfimizi avrokuboklara vəsiqə qazanmaq idi. Bu baxımdan deyə bilərik ki, məqsədimizə çatdıq. Amma hesab edirəm, nöqsanlarımız bu il çox idi. Xeyli dəyişikliklər oldu. Mayın 28-i Müşahidə Şurasında bu məsələlərin hamısını müzakirə edəcəyik.
- “İnter”in cəzası ləğv olunsa, “Neftçi” avrokuboklardan kənar qala bilər...
- Mən bildiyim budur ki, onların məsələsinə iyulda baxılacaq. Amma həmin vaxta qədər artıq birinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Bu halda nəyinsə dəyişməsi inandırıcı görünmür. “İnter”ə böyük uğurlar arzu edirəm.
- Yeni bazanın inşası ilə bağlı nə deyə bilərsiniz?
- Təzə bazanın inşasını qutarırıq. İnandırım sizi, Azərbaycanda belə baza yoxdur. Bazanı hələ tikib qurtarmamışıq, amma ora əcnəbilər, ingilislər indidən gəlib məşq edir. Ona görə də hesab edirəm ki, yaxşı hazırlıq görmüşük. Amma istəyirik ki, birinci növbədə əsas komandanın uğurları olsun. Ümid edirik ki, gələn il uğurlarımız daha çox olacaq. Dünyada elə çempionat, kubok yoxdur ki, orada finala çıxan komanda uğursuz hesab olunsun. Hər yerdə yazılıb ki, bu komanda finala çıxıb. “Neftçi” Azərbaycanda yeganə komandadır ki, 5 il ard-arda finala çıxıb. İnanıram ki, 6-cı daha uğurlu olacaq.
Məftun RƏSULZADƏ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı