Baş məşqçinin istefası qəbul olunmadı

Baş məşqçinin istefası qəbul olunmadı
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 12:42 489
-  A +

Türkiyənin "Gənclərbirliyi" klubunun baş məşqçisi Metin Diyadin istefa verib.

QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ankara klubunun rəhbərliyi isə məşqçinin istefasını qəbul etməyib. 58 yaşlı mütəxəssisin vəzifəsinin icrasına davam edəcəyi bildirilib.

Qeyd edək ki, Metin Diyadin bu ilin mayında "Gənclərbirliyi"nin baş məşqçisi təyin olunub. Komanda Superliqada 6 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner