Azərbaycan kubokunun finalında “Neftçi”yə qalib gələrək “qızıl dubl”a imza atan “Qarabağ”ın prezidenti Tahir Gözəl oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablanıdırıb
- Doğrudan da, axıra qədər çox maraqlı oyun oldu. "Neftçi” çox müdafiəyə meyilli, qapalı oyun oynadı. Sona qədər həyəcan var idi. Əlbəttə, iki dəfə "qızıl dubl” etmək "Qarabağ” üçün böyük şərəfdi. Ümid edirəm ki, Avropada da Azərbaycanımızı, gözəl ölkəmizi, "Qarabağ”ımızı, Qarabağla bağlı olan haqlı davamızı layiqincə təmsil edəcəyik.
- Çoxlu qol epizodundan yararlana bilmədiniz…
- Çox epizodlar oldu. Mən 7 epizod saydım. Amma "Neftçi” tamamilə müdafiə olundu. Onlar qapalı oynadığından bizim üçün çox çətin oldu. Sanki meydanda divar qurmuşdular. Həmin epizodlardan yaxşı istifadə edə bilmədik. "Neftçi” də çox böyük, güclü komandadı. Onlara qalib gəlmək də həmişə çətindi. "Qarabağ”ı da, "Neftçi”ni də təbrik edirəm.
- Matçın penaltilər seriyasına gedəcəyini fikirləşdinizmi?
- Artıq penaltilərə hazırlaşırdıq... Rəqib qapıçı Aqil Məmmədovu da təbrik edirəm. Həqiqətən də gözəl qurtarışları oldu. Amma Migelin qolu çox möhtəşəm, "Qarabağ”a yaraşan idi.
- Hakimliklə bağlı fikirləriniz necədi?
- Penaltiyə yaxın bir epizod vardı, amma dəqiq görə bilmədim. Deyərdim ki, hakimlik də normal idi. "Neftçi”də oyunu gecikdirməklə bağlı çox məqamlar oldu. Özlərini yerə atdılar. Amma həqiqətən də bilmək olmur ki, o zədəlidi, ya yox. Amma hakimliklə bağlı nəsə şikayətim yoxdu.
- Əvvəl bildirmişdiniz ki, "Neftçi” ilə "Qarabağ”ın dueli aslanların duelidi. Sizcə, meydanda 11 aslan vardı, yoxsa?
- Sözsüz ki, 22. Oyun 120 dəqiqə davam etdi. Amma "Neftçi” bu gün müdafiə yönümlü oynadı. Ümidləri o idi ki, son anlarda nəsə etsinlər. Lakin axırda biz sevindik.
- Çempionluqdan sonra bildirmişdiniz ki, kubok Ağdama gedəcək. Yəqin ki, bu kuboku da apararsınız...
- Hələ yox, amma mütləq gedəcəyik. Komandayla, baş məşqçi ilə danışıb, mütləq gedəcəyik. Ən böyük arzum budu. Hətta arzum odur ki, gedək orada əsgərlərimizi də ruhlandıraq. Səfərin vaxtını müəyyənləşdirəcəyik.
- "Qarabağ”dan super futbolçular gözləmək olarmı?
- Düzdü, "Azərsun Holdinq" arxamızda dayanıb. Lakin çox bacarıqlı, üst səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onları yola gətirmək də asan proses deyil. Çünki yaxşı oyunçuları Avropada, Türkiyədə tələb edirlər. Onları buraya cəlb etmək asan deyil. Amma sponsor baş məşqçiyə yaşıl işıq yandırıb ki, lazım olsa, gətir.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı