Milli komandamızın məşqçisi Mahmud Qurbanovun Qol.az saytına müsahibəsi
- Azərbaycan kubokunda finalçılar müəyyənləşdi. “Qarabağ” yarımfinalın ilk matçında mərhələnin taleyini böyük ölçüdə həll etsə də, “Qəbələ” ilə “Neftçi”nin oyunları gərgin alındı. Bu oyunlar haqda fikirlərinizi bilmək istərdik
- “Qəbələ” ilk oyunda qalib gəlməli idi. Çünki rəqibindən xeyli üstün idi. Ancaq Qəbələdəki oyunda “Neftçi” pis təsir bağışlamadı. Gərgin mübarizəli oyun oldu. Penaltilər seriyasını “Neftçi” daha çox istəyirdi. Nəticədə də qalib gəldi. “Neftçi”nin çempionatda işləri yaxşı getmədiyindən kubokda daha istəkli idi. Düşünmürəm ki, “Neftçi”nin bəxti gətirdi. Sadəcə, “Qəbələ” çoxsaylı qol imkanlarından istifadə edə bilmədi.
- Final oyunu haqda nə düşünürsünüz?
- Biz əzəli rəqiblərin gərgin finalını izləycəyik. Bu, kubok oyunudur. Kollektiv şəkildə birləşib, ən yaxşı oyunlarını göstərəcəklər. Ancaq düşünürəm ki, “Qarabağ”ın kuboku qazanmaq şansı çoxdur. Onlar “qızıl dubl” şansını əldən verməzlər.
- Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə start verildi. Millimizdən bu yarışda nə gözləyirsiniz?
- Avropanın ən güclü yığmaları Bakıdadır. Qrupumuzda asan rəqib yoxdur. Rəqiblərin güclü olmasına baxmayaraq biz ümid edirik ki, komandamız yaxşı nəticə qazanacaq. Millimizə sona qədər azarkeşlik edəcəyik.
- Komandamızda 6 əcnəbi futbolçu var. Sizcə, bu yaş qrupunda bu qədər milliləşdirmə nə dərəcədə düzgünüdür?
- Bu barədə söz demək çətindir. Düzdür, yerli futbolçularımızın oynaması yaxşıdır, ancaq bu, baş məşqçinin seçimidir. Buna görə də bu məsələyə münasibət bildirmək çətindir. Hər halda 17 yaşlılarda əcnəbi futbolçuların olması... Görək necə təsir bağışlayacaqlar. Yaxşı çıxış etsələr, bizim millinin adına yazılacaq.
- Çempionat oyunlarıni izləyirsiniz. Diqqət çəkən yerli futbolçular var?
- Daima axtarışdayıq. Harda bir yaxşı futbolçu görürüksə, onu müzakirə edirik. Biz də istəyirik ki, millidə yeni futbolçular olsun. Seçilən futbolçuların hər birini analiz edirik. Azərbaycanlı futbolçuların hər birini diqqətdə saxlayırıq. Oyunu ilə seçilənlər olur.
- Cari mövsüm əksər klublarımız yerli futbolçularla çıxış edir. Bu cür şərait milliyə futbolçu seçimini asanlaşdırb?
- Yerli futbolçuların çox oynaması bizim işimizi də rahatlaşdırır. Ancaq stabil oynayanlar azdır. Bir oyunda diqqətimizi cəlb edənlər növbəti görüşdə aşağı səviyyədə çıxış edir. Bununla belə, yaxşı futbolçular da var. Millidə bacarıqlı, daima üzərində işləyən futbolçular oynamalıdır. Onlar milliyə kömək etmə küçün dəvət olunurlar.
- Milli komandamızın bu ay Avstriyada təlim-məşq toplanışı nəzərdə tutulub. Komandamızda yeni adlar olacaq?
- Bəli, olacaq. Çünki qarşıda üç yoxlama oyunumuz var. Bu qarşılaşmalarla dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti müəyyənləşdirməliyik. Baş məşqçi Robert Prosineçkinin də fikri var ki, futbolçuların çoxunu sınasın. Buna görə də millidə yeni simalar olacaq.
Ramiq AĞAMƏMMƏDOV
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi