“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqanın 32-ci turunda “Zirə”yə qalib gələrək (2:0) çempionluğu rəsmiləşdirdikləri oyundan sonra Qol.az-ın sualllarını cavablandırıb.
- “Zirə” bizə qarşı çox yaxşı mübarizə apardı. Qol vurmaq üçün də fürsətləri oldu. Amma biz onlara fərqlənmək üçün imkan vermədik. Biz meydana ancaq qələbə üçün çıxmışdıq və lazım olan nəticəni də qazandıq.
- Və bu, sizi vaxtından əvvəl çempion etdi.
- Çempionluq gözəl hisdir. Buna baxmayaraq, bizim qarşıda oyunlarımız var. Yəni hələ işimizi tam başa vurmamışıq və son oyuna kimi meydana qələbə üçün çıxacağıq.
- Ötən mövsümə nisbətən bu il çempionluğun bir qədər asan başa gəldiyini demək olar?
- Mən belə düşünmürəm. Düzdür, Premyer Liqada mübarizə aparan bəzi komandalar maliyyə problemi ilə üzləşdi. Amma bu o demək deyil ki, onlar meydana çıxıb futbol oynamadılar. Əksinə əzmkar mübarizə apardılar. Xüsusilə “Qarabağ”a qarşı çox komanda yaxşı motivasiya ilə hazırlaşır və meydanda istəkli olurlar.
- Yəni çempionatımızın səviyyəsində eniş olmayıb?
- Fikrimcə, hər zaman olduğu kimi, bu il də Azərbaycan Premyer Liqası çox güclü keçdi. Belə bir çempionatda qalib olduğumuz üçün çox xoşbəxtəm. Biz qalib olmaq üçün çox çətin bir yol keçdik. Amma bu, bizim işimizdir. Əsas odur ki, qarşımıza qoyduğumuz məqsədə çatdıq.
- Demək istəyirsən ki, Azərbaycan çempionatında qalib olmaq asan iş deyil?
- Əgər sən birincilik uğrunda mübarizə aparırsansa, hər bir çempionat çətindir. Çünki bu istək bütün klublarda olur və onlar da məqsədlərinə çatmaq üçün mübarizə aparırlar. Azərbaycan çempionatında da klubların səviyyəsi demək olar ki, eynidir. Ona görə də komandan lider olsa belə, istənilən matçda çətin anlar yaşaya bilərsən. Albaniya çempionatında da belədir.
- Artıq hər kəs “Qarabağ”dan Çempionlar Liqasının qrupuna düşməyi gözləyir. Səncə, bunu bacaracaqsınız?
- İndidən bu haqda heç nə deyə bilmərəm. Amma biz əlimizdən gələn hər şeyi edəcəyik. Avrokuboklarda meydana çıxdığımız hər oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. Əsas odur ki, “Qarabağ” adına Avropada yaxşı oyun sərgiləyək. Hələ qarşıda uzun zaman var. Biz gedəcəyimiz yolu bilirik və bunun üçün yaxşı hazırlaşmalıyıq.
- Əgər bu mövsüm Çempionlar Liqasının qrupuna düşməyi bacarsanız, Avropa çempionatlarının liderləri ilə mübarizə aparmağa gücünüz çatar?
- Ötən mövsüm gördünüz ki, Avropa Liqasında çox çətin qrupa düşmüşdük. Çempionlar Liqasında daha çətin olacaq. Çünki orada asan rəqib, ümumiyyətlə, olmur.
Ergün SEYİD
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov