“Qarabağ”ın futbolçusu Qara Qarayev “Zirə” üzərinə 2:0 hesablı qələbə qazanaraq Azərbaycan çempionu olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün “Qarabağ” 4-cü dəfə adını Azərbaycan futbolunun tarixinə çempion kimi yazdı. Bu, bizim tarixi uğurumuzdur. Gələcəkdə evimizin ən dəyərli yerindən asacağımız bir medal qazandıq. Düşünürəm ki, bütün “Qarabağ” ailəsi və “Qarabağ” sevərlər bu qələbəyə layiq idi. Onların hər birini təbrik edirəm. Çalışacağıq ki, oyunlarımızdakı stabilliyi qoruyub saxlayaq və uğurlarımızın davamını gətirək.
- Çempionluğu rəqib meydançasında qeyd etmək necə hissdir?
- Çempionluğu “Zirən”nin stadionunda rəsmiləşdirsək də son oyunumuz doğma divarlar arasında olacaq. Kuboku öz meydanımızda başımız üzərinə qaldıracağıq. Düşünürəm ki, bu daha gözəl olacaq.
- Bu tarixə qovuşacaq zəfəri necə qeyd edəcəksiniz?
- Rəhbərlik necə qərar versə, elə. Amma düşünmürəm ki, hər hansı böyük bir tədbir keçirilsin. Çünki son günlərdə ölkəmiz hər gün bir şəhid verir. Fürsətdən istifadə edib çempionluğu şəhidlərimizə ərməğan edirik.
- Ötən mövsüm olduğu kimi, qızıl dubl etmək mümkün olacaq?
- Kubokda da maksimum nəticə qazanmağa çalışacağıq. Hər kəs uğur qazanmaq istəyir. Buna nail olsaq, çox böyük xoşbəxtlik olacaq. Çünki “Qarabağ” adına hamı yaxşı nəticə qazanmaq istəyir.
- Çempionatın son turlarındakı oyunlar sizin üçün sıxıcı olmayacaq?
- Əksinə, son 4 oyun bizim üçün çox vacibdir. Çünki Avrokuboklara hazırlıqlı olmaq üçün bu oyundalarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Fikrimcə, rahatlaşmaq avrokuboklarda bizim üçün problem yaradar. Qurban Qurbanov da tapşırıb ki, son oyunlara ciddi yanaşaq.
Ergün SEYİD
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir