Azərbaycan Premyer Liqası klublarının şübhəli oyunda iştiraklarına dair UEFA-dan AFFA-ya məlumat daxil olub.
Qol.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev məlumat verib.
Onun sözlərinə görə, məlumat builki oyunları əhatə edir. Lakin R.Malıyev araşdırma getdiyi üçün həmin oyunu açıqlamayıb: "Söhbət klubların imicindən, təqsirsizlik prezumpsiyasından gedir. Ola bilər ki, məlumat doğru çıxmasın. Ona görə də konfidensiallığı qoruyuruq. Hazırda məsələ araşdırılır".
R.Malıyev şübhəli oyunların araşdırılması zamanı ortaya çıxan çətinliklərdən də danışıb: "Biz hüquq-mühafizə orqanı deyilik, qanunvericilikdə danışılmış oyunlarla bağlı cəzanı nəzərdə tutan maddə yoxdur. Azərbaycan "İdman-mərc oyunlarının manipulyasiyasına dair Avropa Şurası Konvensiyası"na qoşulub. Ümid edirəm ki, müvafiq qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra bu istiqamətdə ciddi irəliləyişə nail olacağıq".
AFFA rəsmisi Premyer Liqadan fərqli, I Diviziondan şübhəli oyunlarla bağlı UEFA-dan heç bir məlumatın daxil olmadığını vurğulayıb. Lakin o, aşağı liqadakı oyunların nəzarət altında saxlanıldığını söyləyib: "I Divizionda şübhəli oyunların olduğunu bilirik. Amma bunları hansısa formada təsdiqləmək imkanlarımız məhduddur. Etiraf edirəm ki, bu istiqamətdə fəaliyyətimiz qənaətbəxş deyil".
Qeyd edək ki, I Divizionda son olaraq, XV turun "Şərurspor" - "Göyəzən" matçının nəticəsinin (0:3) bukmeyker kontorlarında müəyyənləşdirilməsinə dair şübhələr ortaya çıxıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi