“Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Rəqibi tanıyırıq. Futbolçularımız indi daha məsuliyyətli olacaq. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Monako” ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Adətən 4-2-3-1 taktiki sxemindən istifadə edirsiniz. Reynaldonun yoxluğunda hansısa dəyişiklik olacaq?
- Düşünmürəm ki, sistemdə dəyişiklik olsun. Ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edim. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik.
- Komandada psixoloji gərginlik varmı?
- Psioxoloji çətinlik hər zaman olur. “Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu oyunun məsuliyyətini dərk edir. Belə oyunlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Buna şad olmalıyıq.
- Rəqibə heyət baxımından sürpriz hazırlamısınızmı?
- Elə də böyük dəyişiklik görünmür. Çalışacam ki, daha yaxşı formada olanlara şans verim. Kiçik dəyişiklik ola bilər.
- Premyer Liqamızın son turunda Vüqar Mustafayev gözəl qolla yadda qaldı. Sabah onu heç olmasa ehtiyatda görə bilərik?
- Əfsuslar olsun ki, bu suala tam cavab verə bilməyəcəm. Sabah buna qərar verəcəyik.
- Azarkeşlərin sabahkı oyuna marağı elə də böyük deyil. Sizcə, bunun səbəbi nədir?
- Ümid edirəm ki, azarkeşlərin sayı sabaha qədər artacaq. Sabah da onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır.
- Son bir həftədə Fransa mətbuatı “Qarabağ”dan çox yazır. Bir jurnalist isə qeyd edib ki, ola bilsin Bakıdakı oyundan sonra “Qarabağ”dan daha çox yazdıq. Onun bu fikirlərinə münasibətiniz necədir?
- Sabah daha sürətli oyun gözləyirik. Baxmayaq ki, bizə çətin oyun olacaq, futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam.
- Bu günə qədər Azərbaycan klubları Fransa təmsilçilərinə qalib gələ bilməyib. Bu, statistika komandanıza mənfi təsir etməz ki?
- Yox. İstənilən komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı