"Bakıda yenə qol vuracam" – Əl-Şaaravi

"Bakıda yenə qol vuracam" – Əl-Şaaravi
ÖLKƏ FUTBOLU 4 Noyabr 2015 / 14:55 4859
-  A +

Bu gün Bakı bulvarına gəzintiyə çıxan "Monako"nun futbolçusu Stefan Əl-Şaaravi paytaxtımızla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italyalı futbolçu Bakı ilə bağlı yaxşı xatirələri olduğunu bildirib:

"Ötən ay İtaliya yığmasının heyətində Bakıda oynamışam. Bu şəhərlə bağlı yaxşı xatirələrim var. Çünki yığmanında heyətində Bakıda qol vurmuşdum. Ümid edirəm ki, sabah "Qarabağ"la görüşdə də bunu bacaram".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner