"Qələbənin dəyəri böyükdür" – Sadio Tounkara

"Qələbənin dəyəri böyükdür" – Sadio Tounkara
ÖLKƏ FUTBOLU 3 Noyabr 2015 / 00:55 4721
-  A +

"Son iki oyunda məğlub olduq. Bu səbəbdən "Rəvan"la oyuna xüsusi motivasiya ilə hazırlaşmışdıq. Turnir cədvəli baxımından bu oyun bizim üçün önəmli idi. Qazandığımız qələbənin dəyəri böyükdür". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara Premyer Liqanın 11-ci turunda "Rəvan"a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Zədədən yeni qayıdan 23 yaşlı futbolçu əvvəlki formasını bərpa etməyə çalışacağını bildirib: "Kənardan aqressiv görünə bilərəm. Buna səbəb oyuna yaxşı köklənməyim idi. Altı ay zədə səbəbdən yaşıl meydanlardan uzaq qaldım. Uzun fasilədən sonra meydanda 90 dəqiqə mübarizə aparmaq çətindir. Amma oyunlara çıxıb əvvəlki formamı bərpa etməyə çalışacam. Komandadakı vəziyyətə gəlincə, bunu hamı bilir. Mənim nəsə deməyimə ehtiyac yoxdur".

Daha çox


Son xəbərlər