İki illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Kəpəz" uğurlu çıxışları ilə yadda qalır. Hazırda 18 xalla 4-cü pillədə qərarlaşan komanda beş oyundur ki, məğlub olmur. Gəncə təmsilçisinin beş oyuna 13 xal toplaması diqqət çəkir. Ötən gün isə "Kəpəz"in səfərdə "Qəbələ"yə qalib gəlməsi (2:1) turun gözlənilməz nəticəsi oldu.
Komandanın baş məşqçisi Şahin Diniyev Qol.Az-ın müxbiri ilə söhbətində hələ ki, yolun başlanğıcında olduqlarını bildirib.
- İndi bizim böyük iş gördüyümüzü demək düzgün olmaz. Bu uğurlu çıxışların daimi olacağına dair proqnoz verə bilmərik. Komanda düzgün yoldadır. Amma biz hələ ki, bu yolun başlanğıcındayıq.
- Premyer Liqanın son turunda komandanız "Qəbələ"yə qalib gəldi. Dumanlı havada, iki günə başa gələn bu görüş haqda fikirlərinizi bilmək istərdik.
- Rəqibimizin gücü hər kəsə bəlli idi. "Qəbələ" yaxşı futbolçulardan yığılmış geniş heyətə malikdir. Bildiyiniz kimi, sıx qrafiklə oynayırıq. Ehtiyat qüvvənin olmaması çətinlik yaradır. Oyundan əvvəl də demişdim ki, müdafiədə oturmaq fikrimiz yoxdur. Bizdə hücummameyilli futbolçular var. Ona görə də müdafiə futbolu oynamağımız düzgün olmazdı. Hər iki komanda üçün çətin oldu. Məncə, qələbəyə layiq idik.
- Bu qələbə çoxları üçün gözlənilməz oldu. Bunu sensasiya da saymaq olar. Siz necə düşünürsünüz?
- Təvazökarlıqdan uzaq olsa da, bildirməliyəm ki, "Kəpəz" ilk gündən yaxşı oyun göstərir. Qələbələrimizin heç biri təsadüfi deyil. Komandanın oyunu var. "Qəbələ" üzərində qələbəni də sensasiya saymıram. Ola bilər ki, bu, bəziləri üçün sensasiyadır. Ancaq komandamın oyundan-oyuna artırması məndə yaxşı nəticəyə inam yaratmışdı. 
- "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında komandanızı qəhrəman adlandırdınız. Bunu sırf dünənki oyuna əsasən dediniz, yoxsa "Kəpəz"in son uğurlu çıxışlarına görə?
- Bəzi məqamlar var ki, onu ancaq mən bilirəm. Bizim heyətimiz geniş deyil. Demək olar ki, meydana hər dəfə eyni futbolçular çıxır. Bazamızın olmaması əlavə çətinliklər yaradır. Bərpaolunma prosesində problemlərlə üzləşirik. Klubun bazası olmadığı üçün "Zirə" ilə oyundan sonra Yevlaxa gəlməli olduq. Yol yorğunluğu da əlavə çətinlikdir. Bu mənada futbolçuları qəhrəman adlandırdım. Həqiqətən xarakter göstərdilər.
- Komandanız 5 oyuna 13 xal toplayıb. Bu, cari mövsümün ən yaxşı göstəricisidir. Artıq "Kəpəz"də sabit sistemin qurulduğunu demək olar?
- Desək ki, tam ideal sistem qurmuşuq, düzgün olmaz. Ancaq tədricən komanda oyununu tapır. Çalışırıq ki, əvvəlki matçlarda olan səhvləri minumuma endirməklə oyunumuzun keyfiyyətini artıraq. Hər oyundan sonra futbolçulara harda səhv etdiklərini başa salırıq. Ağıllı futbolçularımız var. Tapşırıqları tez qavrayırlar. İdeal bir sistemə yaxın olmasaq da, uzaq da deyilik.
- Uğurlu çıxışlar olduqca "Kəpəz"in qarşıya qoyduğu hədəfi böyüyürmü?
- Mövsümün əvvəlində qarşımıza məqsəd qoymuşduq ki, ilk "altılığ"a düşək. Ancaq nəticələr bizi aldatmamalıdır. Hələ ki, çempionatın üçdə biri gedib. Qarşıdakı oyunlarda aşağı pillələrə də düşə bilərik. Bu baxımdan indi yer haqda düşünməməli, başımızı aşağı salıb, oyunumuzu təkmilləşdirməliyik.
- Real yanaşsaq, "Kəpəz"in avrokuboklara vəsiqə qazanmaq şansı var. Çünki aşağı pillələrdə olan komandalarda vəziyyət heç də yaxşı deyil.
- Sabah "Xəzər Lənkəran" güclənə, "Neftçi" əvvəlki qüvvəsini yığa bilər. Bu gün güclü çempionat gedir. Heç bir komanda asanlıqla qalib gəlmir. Oyunların hamısı çətindir. Üç xallıq sistemdə istənilən komanda 1-2 oyuna yerini itirə bilər.
- Qışda komanda daha da güclənəcəkmi?
- Düzdür, ehtiyat qüvvəmiz yetərincə deyil, ancaq hazırda əsas heyətdə olan və ehtiyatda oturan bəzi futbolçularımız tapşırıqların öhdəsindən yaxşı gəlir. Bu heyətlə davam edirik. Yanvarda dəyişiklik ola bilər.
Ramiq AĞAMƏMMƏDOV
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu