"Qəbələ"nin əsas qapıçısı Dmitri Bezotosnı Almaniya "Borussiya"sı ilə Dortmundda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur matçında meydana çıxmayacaq.
Qol.Az-ın "sportnet.az"a istinadən yaydığı məlumata görə, bu barədə "qara-qırmızılar"ın baş məşqçisi Roman Qriqorçuk bildirib.
Ukraynalı mütəxəssis Bezotosnının yoxluğunu komandası üçün böyük itki adlandırıb. O, noyabrın 5-də keçiriləcək matçda qapını David Petrjkeviçin qoruyacağını əminliklə deməyin tez olduğunu bildirib: "Petrjkeviçdən əlavə, Andrey Popoviç kimi qapıçımız da var. Kimin qapıda duracağına oyunöncəsi son məşqin ardından qərar verəcəyəm. İmkanım olsaydı, “Borussiya” ilə görüşdə qapıya 2 qolkiper qoyardım. Təbii ki, bu, bir zarafatdır".
Qeyd edək ki, Dortmunddakı BVB stadionunda keçiriləcək "Borussiya" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi