Bakı "İnter”inin futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, komandasının bərabərlik qolunun müəllifi olan yarımmüdafiəçi bir sıra sualları cavablandırıb
- Çətin oyun olacağını gözləyirdik. "Neftçi" bir ardıcıl neçə oyun xal itirib. Çətinliklə üzləşəcəyimizi dərk edirdik. Rəqibin oyununa baxmışdıq, analiz etmişdik. Fikrimcə, heç-heçə ədalətli nəticə oldu. "Neftçi"yə uğurlar arzu edirəm. Birinci hissə rəqib yaxşı oyun göstərdi. İkinci hissə oyunu biz öz üzərimizə götürdük və istədiyimiz nəticəni əldə etdik. Əlbəttə, yüz faizlik nəticə olmasa belə, məğlubiyyətdən qurtulduq.
- Belə bir çətin oyunda ikinci hissədə meydana daxil olmağına səbəb nə idi?
- Mən iki həftə Gürcüstanda müalicə aldım. Bu səbəbdən baş məşqçinin seçimi ilə razılaşmaq lazımdır. Dünən əvəzedici heyətdə bir hissə oyunda oldum. Bu gün də ikinci hissədə meydana daxil oldum. Belə olacağı əvvəlcədən məlum idi. İnanıram ki, baş məşqçi mənə yenə əsas heyətdə şans verəcək.
- İkinci hissədə meydana daxil oldun və komandanın yeganə qolunu vurdun...
- Sadəcə, sevinirəm. Komandanı məğlubiyyətdən xilas etmişəm. Amma bu xalı bütün komandamız qazanıb. Mən deyə bilmərəm ki, hər kəsdən güclü futbolçuyam. Mənə ötürmə gəlməsəydi, qolu vura bilməyəcəkdim. Vurduğum qolu da ailəmə həsr edirəm.
- "İnter" son 20 dəqiqədə daha çox fəal oldu və qol vurdu.
- Bu, məşqçinin verdiyi bir taktikadır. Son 20 dəqiqədə meydanda bütün gücümüzü ortaya qoyduq.
- Klubdakı maliyyə vəziyyəti necədir ?
- Axırıncı dəfə xaricə səfər etdiyim yadımdadır, amma maaş aldığım yadımda deyil (gülür). Çox qəliz məsələdir.
- Ancaq klub prezidenti Georgi Nikolov mətbuata açıqlamasında maaşların verildiyini deyib.
- Rəhbərlik maaşı kimə verib bilmirik. Maaş kartı hazırda üstümdədir. Maraqlıdırsa, bir yerdə gedib yoxlaya bilərik. Əgər maaş köçübsə, sizə qonaqlıq verə bilərəm. Bunlar sadəcə, şayiələrdir. Bu gün "İnter" yeganə klubdur ki, pulsuz futbol oynayır. Biz futbolu ilk öncə özümüz üçün və Azərbaycan xalqı üçün oynayırıq. Əgər "İnter" olmasa, bu çempionatın heç bir mənası olmaz. Bu gün biz "Qarabağ"a və digər klublara ciddi rəqibik. Amma əfsuslar olsun ki, bu gün "İnter" pulsuz futbol oynayır. Bu çətinlikdən çıxmağa çalışırıq, ancaq müraciət edə biləcəyimiz heç kim yoxdur.
- Maliyyə probleminin nə vaxt düzələcəyini gözləyirsiniz ?
- Ümumiyyətlə, bir nəfər yoxdur ki, bu haqda bizə məlumat versin. Bu klubun rəhbəri yoxdur ki, gəlsin ortaya çıxsın və nə vaxt maaşların veriləcəyin söyləsin. Biz işimizi tam dəqiq bilmirik. Əgər bu klubda pul yoxdursa, başqa bir klubda keçək. Hər bir futbolçunun ailəsi var. Biz ailəmizi saxlamalıyıq. Bu gün Azərbaycan futbolunda imkanlı ailədən çıxan futbolçu yoxdur. Bütün ailə və qohumlarına futbolçular köməklik edir. Çox acınacaqlı durumdur.
- Nə vaxta qədər səbr etmək niyyətindəsən ?
- Hazırda başqa əlacımız yoxdur. Biz bu formaya layiq olmaq üçün çıxıb futbolumuzu oynamalıyıq, əlimizdən gələni etməliyik. Real təklif olarsa, klubumu günü bu gün dəyişərəm. Klub rəhbərliyi də bunu başa düşür. Baş məşqçimiz də bilir ki, bu gün hansı futbolçuya real təklif olsa, komandanı tərk edəcək.
Məftun MAHİROĞLU
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi