"Qarabağ”ın futbolçusu Maksim Medvedyev Azərbaycan Premyer Liqasının 10-cu turunda "Rəvan"a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlər müsahibə verib
Qol.Az-ın məlumatına görə, qələbəni şərh edən müdafiəçi digər sualları da cavablandırıb.
- Avropa Liqasında “Monako”ya, Premyer Liqanın son turunda isə “Sumqayıt”a məğlub olduqdan sonra “Rəvan”la matça çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Üç xal qazansaq da, rəqib bizə ciddi müqavimət göstərdi. Sözün açığı, “Rəvan”ın belə çıxış etməsi bizim üçün sürpriz oldu. Onların oyununu çox bəyəndim. Əksər futbolçuların gənclərdən təşkil olunmasına baxmayaraq, çox sərbəst oynayırdılar. Başqa komandalara nisbətən “Rəvan” “Qarabağ”dan çəkinmədi. Qol vura bilməsələr də, epizodları çox oldu. Bizə çətin anlar yaşatdılar. Matçın ilk hissəsində onların qapısına yaxın düşmək olmurdu. Müdafiədə çox yaxşı təsir bağışladılar.
- Hamı “Qarabağ”dan böyükhesablı qələbə gözləyirdi...
- "Qarabağ" üçün əsas olan üç xal qazanmaq idi. Hesabın heç bir fərqi yoxdur.
- “Sumqayıt”a məğlub olduqdan sonra “Rəvan” üzərində çətin qələbə qazandınız. Demək olarmı ki, son vaxtlar “Qarabağ”ın oyunu alınmır?
- Meydanda hər şey edirik, mübarizə aparırıq. Statistikaya baxanda görünür ki, bütün rəqiblərdən üstün futbol oynayırıq. Amma son nöqtəni qoya bilmirik. Elə bil nəsə çatışmır.
- Qeyd etdiyin çatışmazlıqları Reynaldonun yoxluğu ilə əlaqələndirmək olar?
- Əlbəttə, Reynaldonun yoxluğu bizim üçün problemdir. O, “Qarabağ”ın hücum xəttində böyük bir fiqurdur. Reynaldo bütün futbolçularla meydanda yaxşı anlaşa bilir. Fərdi olaraq da çox güclüdür. Bir çox futbolçu onun qarşısında özünü itirir. Armentoros da güclü futbolçudur. Amma o hələ yenidir və potensialını tam göstərə bilmir. Vaxt lazımdır ki, rəqib müdafiəçilər ondan da çəkinsinlər.
- Çempionat oyunlarının sıx qrafiklə keçirilməsi oyununuza təsir edirmi?
- “Qarabağ” iki il bundan öncəki komanda deyil ki, bir oyunçu hər tərəfdə oynasın. Heyətimizdə 26-27 futbolçu var. “Sumqayıt”la oyunda da gördünüz ki, bizi tamamlayan futbolçularımız var. Onlar rəqibdən yaxşı oynadılar.
- Avropa Liqasının qrup mərhələsində “Monako” ilə qarşılaşacağınız matçdan öncə Premyer Liqada AZAL-la oyununuz var...
- AZAL son iki turda “Neftçi”ni məğlub edib, “Qəbələ” ilə bərabərə qaldı. Liderlərə qarşı çox yaxşı mübarizə aparırlar. Bizi də çətin oyun gözləyir. Amma biz meydana qələbə üçün çıxacağıq. Qələbə bizə onlardan çox lazımdır.
- “Monako” ilə səfər matçı göstərdi ki, bu komandanı məğlub etmək olar. Sən necə düşünürsən?
- Səfərdə qələbə qazanmaq üçün hər şey etdik. Amma qol vura bilmədik. Hər kəs bilməlidir ki, “Qarabağ” hələ “Monako” səviyyəsində komanda deyil. Ancaq biz bu gün onlarla başabaş mübarizə aparırıqsa, “Qarabağ”ın gələcəyi daha yaxşı olacaq.
- “Qarabağ”ın qrupdan çıxmaq şansının bu oyundan asılı olduğunu söyləmək olar?
- Mən belə deməzdim. Digər komandalarla elə də xal fərqimiz yoxdur. Bəzən bizi saymırlar. “Anderlext” bizə məğlubiyyətə görə azarkeşlərinə kompensasiya verir. Amma bu futboldur. Hər şey ola bilər. Ona görə də son oyuna qədər kimin qrupdan çıxacağını demək olmaz.
Ergün SEYİD
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi