"Neftçi”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "İnter"lə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
- Hesabda öndə olsanız da, matçın sonlarında qələbəni əldən verdiniz...
- Bəli. Təəssüf ki, yenə son dəqiqələrdə qol buraxdıq. Bəxtimiz gətirmədi. Bir sözlə "qara zolaq"dayıq.
- "Qara zolaq"dan çıxış yolunu nədə görürsən?
- Biz oyuna ilk dəqiqələrdən sonadək yüksək səviyyədə köklənməliyik. Əgər belə hal bir-iki dəfə baş versəydi, hardasa anlamaq olardı. Amma dəfələrlə son dəqiqələrdə qol buraxırıq.
- Səncə, komandan niyə son dəqiqələrdə qol buraxır?
- Oyuna tam köklənə bilmirik. Sona qədər mübarizə aparmaq lazımdır. Yalnız bu halda nəticə əldə etmək mümkündür. Biz bir qədər rahat oynadıqca, sonda qollar buraxırıq.
- Belə çıxır ki, baş məşqçiniz sizi oyuna kökləyə bilmir?
- Samir Əliyev hər oyunda bizə deyir ki, diqqətli olmaq lazımdır. Matçın sonuna qədər fikrimizi tamamilə oyuna kökləməli olduğumuzu bildirir. Bu fikirləri məşqlərdə də bizə deyir. Günah Samir Əliyevdə yox, futbolçulardadır. Həmçinin də məndə.
- Son olaraq Rail Məlikovla aranızda olan problemə aydınlıq gətirməyini istərdik..
- Rail Məlikovla aramızda olan problem həll olundu. Klubda öz açıqlamamı vermişəm. Mən Railə və AZAL klubuna uğurlar arzulayıram.
Məftun MAHİROĞLU
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi