Bu həftə Azərbaycan Premyer Liqasında bir ilkə imza atıldı. Çempionatın yayım hüququnu alan "CBC Sport" kanalı 8-ci turun bütün matçlarını canlı nümayiş etdirdi.
Elə bu səbəbdən Qol.Az-ın müxbiri "CBC Sport"un informasiya xidmətinin baş redaktoru Şəmsəddin Abbasova bir neçə sual ünvanlayıb.
- Bundan sonra da Premyer Liqamızın bütün matçlarının birbaşa yayımı gözlənilirmi?
- Bəli. Amma ola bilər bəzi maçlar canlı yox, sonradan videoyazı şəkilində efirə getsin. Bu, bizim çempionatın bəzi matçları ilə İtaliya, Hollandiya və ya digər verəcəyimiz çempionatların mərkəzi oyunları üst-üstə düşəcəyi halda baş verəcək. Gəlin etiraf edək ki, məsələn, “Rəvan” – AZAL oyunu reytinq baxımından “Napoli” – “Yuventus” və ya “Ayaks” – “Feyenoord” oyununa uduzur. Ona görə bizim çempionatın həmin matçı canlı verilməyəcək.

- Azərbaycanın bir çox tanınmış idman şərhçisini “CBC Sport”un yayımında görə bilirik. Yaxın gələcəkdə yeni transferləriniz gözlənilirmi?
- Etiraf edək ki, bir çox kanallarımız öz işçilərinin digər kanallarda görünməsinə və işləməsinə qısqancılıqla baxır. Mən 10 ildən artıq bu sahədə çalışıram. Şəxsən özüm də bu faktla bir neçə dəfə qarşılaşmışam. Amma “CBC Sport” bu məsələdə fərqli mövqe tutur. Azərbaycanda şərhçilik məktəbi olmadığından ayrı-ayrı kanallar müxtəlif illərdə öz nəzdində məktəb yaratmalı olublar. Beləcə AzTV, ANS, “Lider”, “Xəzər” kanallarında yeni şərhçilər efirə gəldilər.
Hər biri də müxtəlif özəlliyi ilə seçilblər. Niyə biz bu insanların təcrübəsindən yararlanmayaq? Ona görə onları dəvət edirik. Bu iş bundan sonra da davam edəcək. Belə peşəkarların fonunda isə öz şərhçilərmiz də formalaşacaq. Artıq ilk qadın futbol şərhçisinin bizim kanaldan çıxdığını söyləyə bilərik.

- Tamaşaçılar bəzən yayımdakı texniki problemlərdən gileylənirlər. Bu məsələ tam olaraq nə vaxt aradan qaldırılacaq?
Bizə də bu cür müraciətlər olur. Xahiş edərdim ki, bizi başa düşsünlər. Yeni yaranan kanalıq. Texniki problemlər ola bilər. Amma bunlar çox tez bir zamanda aradan qaldırılacaq. Hazırda test yayımdayıq. Azərbaycanda HD formatında yayımlanan ilk kanalıq. Bu formata keçmək üçün texniki cəhətdən cox böyük problemlərlə üzləşdik. Axı bu format bizdə olmayıb. Demək olar, hər şeyi sıfırdan başlamalı olduq.
- Test yayım nə zaman bitəcək?
- Noyabrda. Amma ilin sonuna kimi artıq tam hazır olub Azərbaycanda görünməyən televiziya görüntüləri və lahiyələrlə idmansevərləri sevindirəcəyik.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama