"Qəbələ" klubunun prezidenti Tale Heydərovun Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə PAOK-la 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ" ilk matçından bir xalla ayrıldı. Komandanızın oyunu sizi nə dərəcədə qane etdi?
- Düşünürəm ki, yaxşı oynadıq. Komandamız sona kimi mübarizə apardı. Hamı bizdən qələbə gözləyirdi. Bu dəfə alınmadı. Çalışacağıq ki, növbəti matçlarımızda 3 xal qazanaq.
- "Qəbələ"nin PAOK-la görüşdə 1 xal qazanmadığını, əksinə 2 xal itirdiyini söyləmək olar?
- Bəli, biz 3 xal qazanmaq istəsək də alınmadı. Amma əsas odur ki, məğlub olmadıq. Bu da bizim üçün yaxşı nəticədir. PAOK bizdən güclü klubdur. Uduza da bilərdik. Bu komandaya məğlub olmadıqsa, bizim üçün uğurdur.
- Yeni transferlərin oyunundan razı qaldınız?
- Məncə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Komandaya uyğunlaşıblar. Hesab edirəm ki, yaxşı transferlər etmişik.
- Qrup mərhələsində "Qəbələ"nin qarşısına hansı məqsəd qoyulub?
- Qrupumuza çətin komandalar düşüb. Ölkəmizi ən yüksək səviyyədə təmsil etmək istəyirik. Əlbəttə, hədəfimiz qrupdan çıxmaqdır. Bura qədər gələ bilmişiksə, bütün maneə və çətinliklərə baxmayaraq, güclü komandaları keçmişiksə, hesab edirəm ki, yaxşı oynamaqla istədiyimiz nailiyyəti əldə edə bilərik. Əlbəttə, qrupdan çıxmaq üçün daha yaxşı oyun göstərməliyik.
- Növbəti səfər matçlarında da komandanızı stadiondan dəstəkləyəcəksiniz?
- Bəli. Komandamızı hər yerdə dəstəkləməyə çalışıram. Bütün oyunlarda iştirak edəcəm və dəstək verəcəm.
- Əvvəlki oyunlarla müqayisədə tribunalarda azarkeşlərin az olması ilə bağlı nə deyə bilərdiniz?
- Ola bilsin ki, bu, vaxt amili ilə bağlıdır. Oyun saat 22:00-da başladı. Amma biz klub olaraq, daim azarkeşləri oyuna dəvət edirik. İndi də üzümü azarkeşlərə tutub deyirəm ki, komandamızın sizin dəstəyinizə ehtiyacı var. Ona görə də növbəti ev oyunlarımızda da stadiona gələrək komandaya dəstək olun.
- Qrupun digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu Rusiya "Krasnodar"ına qalib gəldi. Bu nəticənin "Qəbələ"nin işinə yaradığını demək olarmı?
- Ən əsası, hər şey özümüzdən asılıdır. Əsas məsələ bizim nə cür oyun göstərməyimizdir. Çalışırıq ki, rəqibin gücünə uyğun oynayaq.
- Sizcə, "Qəbələ" qrupda neçə xal yığa bilər?
- Bunu demək çətindir. Qrupdakı bütün klublar güclüdür. Bu gün 1 xal topladıq. İstərdik ki, bundan sonra daha çox xal yığaq.
Ergün SEYİD
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov