“Qəbələ”nin yeni transferi Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə “Xəzər Lənkəran”dan ayrılmağın haqda danışaq. Klubdan getməyinin əsas səbəbi FİFA-nın “Xəzər Lənkəran”a transfer qadağası qoyması ilə bağlıdır?
- Bəli. “Xəzər Lənkəran” rəhbərliyinə və azarkeşlərinə böyük hörmətim var. Ancaq oradan ayrılmağa məcbur oldum. Bizlik bir şey yoxdur, UEFA etdi bunları. Yaxşı kollektiv yaratmışdıq. İstəyirdik ki, “Xəzər Lənkəran”la yaxşı nəticələr qazanaq, avrokuboklarda çıxış edək. Qismət belə imiş. Nə etmək olar?
- “Qəbələ”yə keçidin necə baş verdi?
- Hələ bir müddət əvvəl “Qəbələ” məni istəyirdi. Ancaq “Xəzər Lənkəran”dan ayrıla bilmirdim. UEFA-nın məlum qərarından sonra isə bu keçid baş tutdu. “Qarabağ”dan sonra ikinci iddialı kluba keçmişəm. “Qəbələ” hazırda Azərbaycanın ən güclü iki klubundan biridir. Bilirəm ki, “Qəbələ”də işim çətin olacaq. Komandada güclü rəqabət var. Çalışacam ki, yaxşı çıxışlarımla “Qəbələ” azarkeşlərini sevindirim.
- Komandanın Avropa Liqasının qrup mərhələsindəki oyunlarına kənardan baxmalı olacaqsan. Çətin olmayacaq ki?
- Ötən il “Qarabağ”la qrup mərhələsində oynamışam. Çox istərdim ki, bu təcrübəmlə “Qəbələ”yə də fayda verim. Ancaq təəssüf ki, qrup mərhələsində oynaya bilmərəm. Arzu edək ki, “Qəbələ” qrupdan çıxsın və mən də komandama kömək edim.
- “Xəzər Lənkəran”dan ayrılandan sonra “Qarabağ”a qayıtmaq variantı var idi?
- Yox.
- “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini necə dəyərləndirirsən, qrupdan çıxmaq şansınız var?
- Komandamızın yaxşı potensialı var. Ancaq rəqiblərimiz də çox güclüdür. Təkcə ölümə çarə yoxdur. Qrupdan çıxa bilərik.
- “Qəbələ”nin heyətində ön xətdə güclü rəqabət olacaq. Bu rəqabətə hazırsan?
-Bunu bilirəm. Rəqabət olan komandaya gəlmişəm. Bu, mənim üçün daha faydalıdır. Rəqabət olmayan yerdə istər-istəməz arxayınlaşırsan. “Qəbələ”də isə hamı ən yaxşı formada olmalıdır ki, meydana çıxsın. İstənilən yerdə rəqabətə hazıram. Məni baş məşqçi bəyənib komandaya dəvət edibsə, deməli, mənə etimad göstərəcək. Mən isə öz növbəmdə bu etimadığı doğrultmalıyam.
Ramiq AĞAMƏMMƏDOV
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi