"Bütün azarkeşlərimizdən xahişimiz odur ki, "Qarabağ"ı tək qoymasınlar"
“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- Komandanız Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik”lə ilk oyununu keçirdi. Əvvəlcə Qlazqoda baş tutan görüşlə bağlı təəssüratlarınızı bilmək istərdik.
- “Seltik”in 60 minlik stadionu tam dolu idi. Azarkeşlər 90 dəqiqə dayanmadan öz komandalarını qələbəyə səslədilər. Bu, komandamız üzərində böyük basqı yaratmışdı. Ancaq şükürlər olsun ki, futbolçularımız çox soyuqqanlı oldu və matçın sonuna qədər üstün oyun sərgilədi. Bu, tək mənim deyil, oyuna baxan hər kəsin fikridir. Sevindirici haldır ki, “Qarabağ” bu cür komandalara qarşı öz oyununu nümayiş etdirə bilir. Rəqibin kimliyi hamıya bəllidir. “Seltik” köklü komandadır. Biz onlara qarşı belə mübarizə aparırıqsa, deməli, böyük iş görmüşük.
- Oyundan əvvəl “Seltik” favorit sayılırdı, onların çox güclü olduğu deyilirdi. Dünənki qaşılaşmadan sonra rəqibin heç də favorit olmadığını düşünmək olar?
- Bu cür danışmaq həm rəqibə hörmətsizlik olar, həm də komandamızda motivasiyanı azaldar. Dünənki matçı məşqçilərimiz daha yaxşı analiz edə bilər. Favorit onlar yox, bizik demək düzgün olmaz. Rəqib çox güclüdür. Bunu onların əvvəlki oyunlarına əsasən demək olar.
- Sırf dünənki qarşılaşmanı nəzərdə tuturam.
- Biz azarkeş, futbol həvəskarı kimi deyə bilərəm ki, “Qarabağ” “Seltik”lə başabaş mübarizə apardı, layiqli müqavimət göstərdi.
- “Seltik” hesabı açarkən futbolçularımız hakimə etiraz etdi. Onlar rəqibin qol epizodunda qapıçımız İbrahim Şehiçə qarşı qayda pozuntusunun olduğunu iddia edir. Siz nə düşünürsünüz?
- Bəli, rəqibin qayda pozuntusu hesabına qol vurduğunu deyirlər. Ancaq mən həmin epizodun təkrarını görməmişəm. Buna görə də qol epizodu ilə bağlı fikir bildirmək istəmirəm. Yəqin ki, baş məşqçimiz bu haqda bizə məlumat verəcək.
- “Qarabağ”ın növbəti mərhələyə yüksəlmək şansını necə dəyərləndirirsiniz?
- Əslində biz Qlazqona həm də böyük bir azarkeş ordusuna qarşı mübarizə apardıq. Burda həmin atmosferi biz onlara yaşatmağa hazırlaşırıq. Bütün azarkeşlərimizdən xahişimiz odur ki, "Qarabağ"ı tək qoymasınlar. Avropanın diqqəti həmin oyunda olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, “Seltik”lə oyunda yaxşı nəticə qazanaq.
- Sizcə, Respublika stadionunda “Seltik Park”dakı kimi atmosfer yaratmaq olacaq?
- Niyə də yox? Daha da yaxşısını bacararıq.
- “Qarabağ”dan yeni transfer gözlənilir, yoxsa artıq bu işlər yekunlaşıb?
- Bununla bağlı qərarı baş məşqçimiz Qurban müəllim verəcək. Belə bir istəyi olsa, məsləhətləşəcəyik. Ancaq hazırda gündəmimizdə transferlə bağlı bir şey yoxdur. İndi heç bir futbolçu ilə danışıqlar aparmırıq. Ancaq transfer işlərini hələ ki, yekunlaşdırmamışıq.
Ramiq AĞAMƏMMƏDOV
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Ronaldo: "Oynamağa davam etmək çətindir"
“Qarabağ”ın rəqibindən hücumçu transferi
"Liverpul" 14 yaşlı ukraynalı futbolçu transfer etdi
Millimizin üzvü Superkuboku qazana bilmədi
“Napoli”nin qələbəsi - Video
“Tottenhem” səfərdə sevindi
“Milan” 3 xalı 3 qolla qazandı - Video
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"