AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının II təsnifat mərhələsinin "Qəbələ" - "Çukariçki" oyunundan sonra Qol.Az saytına müsahibə verib
- Klublarımızın avrokuboklardakı çıxışı haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, komandalar Avropada oynadıqca çıxışları gündən-günə yaxşılaşır. Biz keçən mövsüm “Qarabağ”ım timsalında bunun şahidi olduq. “Neftçi” də Avropa Liqasının qrupuna düşən zaman getdikcə daha yaxşı nəticə göstərməyə başlamışdı. Ümid edirəm ki, “Qəbələ” də bu gün necə inamlı oynayaraq iki qol vura bildisə, elə də davam edəcək. Niyə də bu il “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmasın?
- “İnter” “Hafnarfyordur” səddini keçdi. Komandaya İspaniya səfərində AFFA tərəfindən yenə də maddi dəstək göstəriləcək?
- Bildiyiniz kimi, “İnter” klubunun sponsoru Beynəlxalq Bankdır. Yəqin ki, onlar komandaya sponsurluq etməyə davam edəcək. Mən Beynəlxalq Bankın "İnter"dən imtina etməsini eşitməmişəm. Bəli, biz “İnter”ə köməklik etmişik. Amma növbəti mərhələ üçün kluba köməklik edilməsi ilə bağlı hələ bizə müraciət olunmayıb.
- Beynəlxalq Bankın yeni rəhbərliyi komandaya sponsurluq etməyə razılıq verib?
- Rəhbərlik dəyişib, bank dəyişməyib. Onlar arasında sponsurluq müqaviləsi var.
- Yəni “İnter” Cahangir Hacıyevin yox, Beynəlxalq Bankın himayəsindədir?
- “İnter”ə hər zaman Beynəlxalq Bank rəsmi sponsurluq edib.
- Amma “İnter”in prezidenti Georgi Nikolov hər zaman açıqlamalarında klubun işləri ilə bağlı Cahangir Hacıyevlə görüşdüyünü qeyd edir. Elə indinin özündə də.
- Bu haqda Nikolovdan soruşsanız daha yaxşı olar. Mən onun yerinə heç nə deyə bilmərəm.
- AFFA “İnter”ə İslandiya səfərində hansı şərtlər altında dəstək oldu?
- Biz bilirdik ki, UEFA-dan komandaya müəyyən məbləğdə pul gələcək. AFFA rəhbərliyi də qərar qəbul etdi ki, problem uzanmasın, “İnter”ə köməklik göstərilsin. UEFA-dan “İnter”in pul köçürüləndə çəkdiyimiz xərci saxlayıb qalanını klubun büdcəsinə keçirəcəyik.
- Ola bilərmi “İnter”in maddi durumunun qaydaya salınması üçün AFFA verdiyi borcdan imtina etsin?
- AFFA hər zaman klubların yaxşı durumda olması istəyir. Biz görsək ki, hansısa problemlər var çalışacağıq ki, həmin problemləri uzun müddətlik həll edək. Ümid edirəm ki, hər şey qaydasında olacaq.
Ergün SEYİD
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi