21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına müsahibəsi
- Seçmə mərhələnin ilk oyununda qələbə qazandınız və bu münasibətlə sizi təbrik edirik. Təbii ki, hələ geniş təhlil üçün vaxtınız olmayıb. Amma ilkin təəssüratlarınızı bilmək istərdik.
- Təbrik üçün təşəkkür edirəm. Oyunun asan keçməyəcəyini bilirdik. Çünki Farer adalarının əsas millisi bir neçə gün əvvəl Avropa çempionatının seçmə mərhələsində Yunanıstan yığmasına qalib gəlmişdi. Təbii ki, bu qələbə ölkənin gənclər yığmasında böyük motivasiya yaratmışdı. Oyun da göstərdi ki, rəqibin istəyi böyük idi. Biz də oyuna yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik. Rəqibimiz fiziki və atletik cəhətdən çox hazırlıqlı komandadır. Futbolçularımız verilən tapşırıqları yerinə yetirməyə çalışdılar və qələbə qazandıq.
- Rəqibin oyunlarını izləyə bilməmişdiniz. Onlar meydanda sizi nə ilə təəccübləndirdilər?
- Farer adaları yığmasının ötənilki oyunlarını izləmişdik. Onların ən güclü tərəfi uzun ötürmələrdən yaxşı istifadə etməyi bacarmaları, təkbətək mübarizələrdən qalib ayrılmaları, topu ələ keçirən kimi sürətli hücumlar qurmalarıdır. Həm də oyundan öncə keçirilən məşq zamanı gördüm ki, onlar uzaq məsafədən qapıya zərbələrə üstünlük verirlər. Oyunda da həmin üsluba uyğun çıxı etdilər. Komandaya uzaqdan zərbələrlə bağlı diqqətli olmağı tapşırmışdım. Havann yağmurlu, meydanın və topun sürüşkən olması buna imkan yaradırdı.
- İyunun 1-dən təlim-məşq toplanışında oldunuz. Toplanış nə dərəcədə səmərəli oldu?
- Bir neçə futbolçumuz zədəli idi. Bununla belə, əsas millidən düşərgəmizə qoşulan futbolçuların gəlişinə qədər hansı taktiki sxem üzərində işləyirdiksə, sonrakı günlərdə də həmin gedişlər üzərində çalışdıq. Heç nəyi dəyişmədik. Uşaqlar da məşqdə nə etmişdiksə, onu meydanda tətbiq etməyə çalışdılar.
- U-21-in baş məşqçisi kimi ilk rəsmi oyunda qələbə qazandınız. Uğurun davamlı olması üçün ən çox nəyə ehtiyac duyulur?
- Bu qələbə təkcə mənim yox, bizə hazırlıq üçün yaxşı şərait yaradan federasiyanın, məşqçilərin, texniki heyətin qələbəsidir. U-21-ə baş məşqçi təyin edildikdən sonra qarşıma məqsəd qoymuşam ki, mübariz komanda formalaşdıraq və əsas milliyə layiqli futbolçular yetişdirək. Çünki U-21-dən sonra əsas milli gəlir.
- U-21-in heyətində əsas milliyə dəvət almaq baxımından perspektivli futbolçular varmı?
- Təbii ki, var. Bakıya döndükdən sonra əsas millinin baş məşqçisi Robert Prosineçki ilə söhbət edəcəyəm. Onsuz da onunla mütəmadi əlaqə saxlayır, fikir mübadiləsi aparırıq. Perspektiv vəd edən futbolçular meydanda əsas milliyə düşməyə layiq olduqlarını göstərməyə çalışırlar.
- Mübarizə apardığınız qrupda kifayət qədər güclü komandalar var. Qrupumuzdakı rəqiblərlə bağlı nə deyə bilərsiniz?
- Bəziləri düşünə bilər ki, Farer adaları yığmasını asanlıqla və böyük hesabla udmalı idik. Ancaq belə deyil. Bu gün bütün komandalar futbol oynamağı bacarır, mübarizə aparır. Elə qeydə alınan nəticələri xatırlayaq – Malta, Andorra kimi komandalar qələbə qazandı, San Marino heç-heçə etdi. Qrupumuzda Almaniya Avstriya, Rusiya, Filandiya kimi güclü rəqiblər yer alıb. Farer adaları yığması ilə qarşılaşma seçmə mərhələdə ilk oyunumuz idi. Mütləq qələbə qazanmalı olduğumuz üçün müəyyən psixoloji təzyiq də vardı. Əslində, komandaları zəif və ya güclü deyib, qruplara bölməməliyik. Hər bir komandaya qarşı mübarizə aparmalıyıq. Mübarizəsiz, istəksiz nəticə qazanmaq mümkün deyil.
Musiala zədəsi ilə bağlı açıqlama verdi
"Borussiya" onun üçün danışıqlara başlayacaq
6 qol vuruldu, "Haypers Quba" qalib gəldi - Video
Tarixin ən çox pul qazanan idmançıları kimlərdir?
"Şəfa"dan darmadağın, "Ağdaş" və "Qusar"dan məğlubiyyət
Azərbaycan kubokunda finalın vaxtı dəyişdi
"Neftçi" kubok matçına 5 itki ilə çıxacaq
UEFA iki klubu cərimələdi
Həbib Nurmaqomedov Bakıya gəlir
A seriyasının daha 3 oyunu təxirə salındı
Region Liqasında pley-off mərhələsinin püşkü atıldı
“Zirə”nin şikayəti qismən təmin edildi
Ançelottidən istefa xəbərlərinə münasibət
Oyunun ən yaxşısı quzu ilə mükafatlandırıldı - Video
"Liverpul"dan gedir
"Tamamilə utancvericidir" - Vardi üzr istədi
AFFA-nın baş katibi Meksika səfiri ilə görüşdü
Yamal bu mükafata layiq görüldü
Xabi Alonsonun əvəzinə Arda Güler
“Qalatasaray”da yeni müqavilə
"Mahirin 2 oyuna 3 qol vurması yetərli deyil"
Rodrini hədəf aldılar
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
"Real" "Laureus" mükafatını aldı
Hidayət Heydərov Avropa çempionatını buraxacaq
Ayxan Abbasov milli üçün oyunçu axtarışında - Şəkillər
Mbappe yaşıl meydanlara nə vaxt qayıdacaq?
Millimiz Monteneqro ilə heç-heçə oynadı
“Tottenhem” öz meydanında uduzdu
Niderland kubokunun qalibi müəyyənləşdi
Superliqada 32-ci tura yekun vuruldu
İngiltərə Premyer Liqasına vəsiqə qazandılar
Enrike: "Tarix yazmaq istəyirik"
Rafinya üçün 3 böyük klub
Dembele futbol klubu aldı
Argentinada da oyunlar təxirə salındı
A Seriyasının təxirə salınan oyunlarının vaxtı açıqlandı
"Bayer" rəsmisindən Xabi Alonso açıqlaması
"Barselona"dan göndərilir
"Araz-Naxçıvan"ın zədəliləri komandaya qoşuldular
"Mançester Yunayted"in bu qədər uduzduğu olmamışdı
Renat oynadı, Rahil yox
"Bayer"dən ayrılacağını açıqladı
Mbappe “El-Klassiko”da oynayacaq?