Bakının “İnter” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Səncə, çempion olmaq üçün “İnter”də nə çatışmadı?
- İlk öncə onu deməliyəm ki, “Qarabağ” çox güclü idi. Son turlarda çempionluğa az da olsa şansımız qalmışdı. Amma “Qəbələ” ilə səfər matçında əlimizdən gələni etsək də, alınmadı. Çox ağır oyun keçdi. Düşünürəm ki, matçın heç-heçə bitməsi ədalətli nəticə oldu. Bu qədər problemlər qarşısında çempionatı ikici pillədə başa vurmağımız da yaxşı nəticə olacaq. “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Onlar birinciliyə layiq idi.
- “Qəbələ” ilə oyundan öncə çempionluq şanslarınız öz əlinizdə idi. Bu səfər matçında rəqib çox güclü idi, yoxsa məlum problemlər sizi sarsıtdı?
- Biz artıq problemləri düşünmürük. Çünki bu, bir-iki günün məsələləri deyil. Artıq iki aydan çoxdur ki, bu şəkildə davam edir. Yəni problemləri düşünsək, gərək çoxdan iddialarımızdan əl çəkəydik. Amma hər kəs gördü ki, sona kimi əlimizdən gələni etdik. Onu da qeyd etməliyəm ki, “Qəbələ” hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır.
- “Qarabağ”ın çempion olması barədə nə deyə bilərsən?
- “Qarabağ” çempionluğa ən real namizəd idi. Bəzən olur ki, bir klub çempion olanda müxtəlif söhbətlər ortaya atılır. Ancaq heç kim deyə bilməz ki, "Qarabağ" kimlərin və nələrinsə hesabına çempion oldu. “Qarabağ”ı təbrik edirəm . Həqiqətən mənim üçün sevindirici haldır ki, bu klub bizi Çempionlar Liqasında təmsil edəcək. İnanıram ki, uğurlu nəticələri ilə hər kəsi sevindirəcəklər. Onların uğur qazanması bütün Azərbaycan xalqı üçün sevindirici haldır.
- Bir vaxtlar şərəfini qoruduğun və səni Azərbaycan futboluna bəxş edən “Qarabağ”dan kimlərisə təbrik etdin?
- Bəli, Rəşad Sadıqovla danışıb təbrik etmişəm. Kimi görürəmsə, təbriklərimi çatdırıram.
- “İnter”lə müqavilən yayda başa çatır. Gələcək karyeran haqqında nə düşünürsən?
- Klubdan bizə deyiblər ki, tələsik qərar verməyək. Yeni büdcə açıqlanandan sonra bizim məvaciblərimiz də bilinəcək. Bundan sonra qalıb-qalmayacaqlarına futbolçuların özü qərar verəcək. Mən də gözləyirəm görüm nə olacaq. Əgər “İnter”in şərtləri uyğun olsa, bu klubda qalacam. Bunu çox istəyirəm.
- Şərtlərlə razılaşmasan, karyeranı harda davam etdirmək istəyirsən?
- Bu haqda indidən nəsə demək tezdir. Menecerlərimə də deyirəm ki, hələlik heç bir danışıq aparmasınlar. Açığı, real təklif də almamışam. Çempionatın başa çatmasına iki tur qalıb. Bu matçları və milli komandanın qarşıdan gələn oyunları haqda düşünürəm. Hələ tələsmirəm. Öncə “İnter”dən gələcək təklifi gözləyirəm.
- Azərbaycan Premyer Liqasında hazırda mübarizə aparan bir çox klubların şərəfini qorumusan. “İnter”dən gedəsi olsan, birinci diviziondan Premyer Liqaya vəsiqə qazanan klubların birində çıxış etməyə razı olarsan?
- Futbol elə bir oyun növüdür ki, heç kim deyə bilməz, mən hansısa klubda oynamaram. Hətta ola bilər ki, birinci divizion klubuna da möhtac olarsan. Ona görə də indidən bu haqda heç nə demək istəmirəm. Hər şey ola bilər. Türkiyə klublarından birinə də gedə bilərəm. Yəni ortada qalmamışam. Sadəcə, sonda özüm və karyeram üçün ən yaxşı qərarı verəcəm. Çünki bu günə kimi çox pul itirmişəm. Daha itirmək istəmirəm.
- Azərbaycan kubokunun final matçına az qalıb. "Qarabağ"ın qalib olmağını istəyirsən, yoxsa "Neftçi"nin?
- Mənim üçün fərqi yoxdur. Yaxşı oynayan qalib gəlsin. Əsas odur ki, finala yaraşan oyun olsun.
Ergün SEYİD
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -