Milli komandamızın məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Artıq Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümü başa çatmaq üzrədir. Medalçılar da bəllidir. Necə keçdi bu çempionat?
- Əfsuslar olsun ki, mösümün sonuna yaxın çempionluğa cəmi iki komanda namizdən idi. Bəzi klubların oyununda eniş oldu. Bəziləri isə məlum problemlərdən sonra tamamilə zəiflədi. Bütün bunlar da çempionatın səviyyəsini aşağı saldı. İddialı klubların sayı azdırsa, güclü çempionatdan söhbət gedə bilməz.
- "Qarabağ"ın çempionluğu haqda da fikirlərinizi öyrənək...
- "Qarabağ" bütün mövsüm ərzində sabit oyunu ilə yadda qaldı. Onlar çempionluğa layiq idilər. Son turlarda "İnter" "Qarabağ"a müqavimət göstərmək istədi. Ancaq hələ mövsümün əvvəlindən "Qarabağ" öz oyunları ilə sübut edirdi ki, çempionluğa layiqdir.
- "Qarabağ", "İnter", "Neftçi" və "Qəbələ" ölkəmizi avrokuboklarda təmsil edəcək. Hansı komandalarımızdan uğurlu nəticə gözləmək olar?
- Onların hansı rəqiblə düşəcəyindən çox şey asılıdır. Bundan başqa yay transfer dönəmində heyətə yaxşı futbolçuların cəlb olunması da əsas amillərdəndir. "Qarabağ" neçə illərdir ki, heyətini qoruyub saxlayır. Onlara bu mövsüm də avrokuboklarda uğurlu çıxış etmək problem olmayacaq. "Qəbələ" ötən mövsüm çox zəif çıxış etdi. Bu dəfə fərqli ola bilər. "İnter"də vəziyyətin necə olacağını bilmirik. Əksər futbolçular komandanı tərk edə bilər. "Neftçi" haqda da bu sözləri demək olar.
- Çempionatın sonudur. Artıq bütün futbolçuların oyunu kifayət qədər izlənilib."Avro-2016"nın seçmə mərhələsində Norveçlə oyun üçün milliyə kimlərin dəvət olunacağı bəllidir?
- Azərbaycanın ən yaxşı futbolçularını dəvət edəcəyik. Futbolçulara adlarına görə yox, göstərdiyi oyuna görə dəvət göndəriləcək. Qarşıda çempionatın iki turu var. Sonuncu turdan sonra dəvət göndəriləcək futbolçuların siyahısı bəlli olacaq. Biz bütün oyunçulara diqqət edirik. Kimliyindən asılı olmayaraq özünü yaxşı göstərənlər milliyə çağırılıcaq.
- Legioner həyatı keçirən futbolçular da diqqətdə saxlanılırmı?
- Əlbəttə, onların da oyunları izlənilir. Onların durumu ilə yaxından maraqlanırıq. Norveçlı oyuna qədər hansı yaxşı formada olsa, yığmaya dəvət olunacaq.
- AFFA tərəfindən "Zenit"də çıxış edən azərbaycanlı futbolçu Ramil Şeydayevə millimizdə oynaması ilə bağlı təfklif göndərilmişdi. Bu məsələ nə yerdidir?
- Biz onunla danışmışıq. Ancaq hələ ki, bizə konkret cavab verməyib. Yəqin ki, razılıq versəydi, bir yenilik olardı. Görünür, hələ ki, qərar verməkdə tələsmir.
- Malta ilə oyunda "Neftçi"dən milli komandamıza futbolçu dəvət olunmaması xeyli müzakirəyə səbəb oldu. O vaxtdan indiyə kimi "Neftçi" futbolçularından özünü yaxşı tərəfdən göstərən olmayıb. Demək olarmı bu dəfə də paytaxt klubundan milliyə heç kim çağırılmayacaq?
- Biz milli komandanı təmsil edirik. Söhbət Azərbaycan millisindən gedir. Bizim üçün "Neftçi", "Qarabağ" yaxud da "İnter"in fərqi yoxdur. Millimizə oynağa hazır futbolçular lazımdır. Hər şey futbolçunun özündən asılıdır. Onun hansı klubda oynaması bizə maraqlı deyil. Bizim heç kimlə prinsipimiz yoxdur. Futbolçu özünü meydanda göstərsin ki, milliyə də dəvət alsın. Hər zaman "Neftçi" futbolçuları milli komandamızda təmsil olunublar. Bu gün isə onlara dəvət göndərilməməsi bizim günahımız deyil. Qeyd etdiyim kimi, hər şey futbolçunun özündən asılıdır. Milli komandanın qapısı hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır.
- Norveçlə oyundan öncə komandamız Serbiya ilə yoldaşlıq matçı keçirəcək. Rəqibi necə qiymətləndirirsiniz?
- Biz bir neçə milli komandalara yoldaşlıq oyunu ilə bağlı təklif göndərdik. Serbiya yığması bizimlə oynamağa razılıq verdi. Təbii ki, rəqibimiz güclü komandadır. Serbiya millisi ilə qarşılaşmağımız Norveçlə oyun öncəsi faydalı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -