"Qarabağ"ın futbolçusu Reynaldo Silva Qol.Az saytının suallarını cavablandırıb.
- Növbəti dəfə Azərbaycan çempionu olmaq necə hisdir?
- Bu, sözlə ifadə oluna bilməz. Əsas odur ki, çempion olmaq üçün əlimizdən gələni etdik. Son iki turda xal itirərək işimizi çətinə salsaq da, istəyimizə nail olduq. Bütün komanda yoldaşlarıma bu çətin sınaqdan üzüağ çıxıdığımız üçün təşəkkür edirəm.
- Sizin oyunla eyni vaxtda keçirilən “Qəbələ” - “İnter” matçının nəticəsindən xəbəriniz var idi?
- Xeyr, biz sadəcə “Sumqayıt”la oyunun sonuna kimi mübarizə aparıb, qələbə qazanmağı düşünürdük. Hakim matçı bitirəndən sonra Qəbələdəki oyun hələ davam edirdi. Biz də stadionda həmin qarşılaşmanın başa çatmasını gözlədik. Çünki həmin matçdakı nəticə bizim çempion olmağımız üçün kifayət edirdi. Amma “İnter” qələbə də qazana bilərdi. Sevindirici haldır ki, orada hesab dəyişmədi və biz çempion olduq.
- “İnter” çox çalışsa da, bu dəfə də çempionluğu əlinizdən ala bilmədi...
- “İnter” yaxşı komandadır. Onlara gələcək oyunlarında uğurlar arzulayıram.
- Necə düşünürsən, çempionluqdan sonra kuboku da qazana biləcəksiniz?
- İlk öncə kubokun final matçına yaxşı hazırlaşmalıyıq. Sadəcə onu deyə bilərəm ki, əlimizdən gələni edəcəyik ki, kuboku da qazanaq.
- Azarkeşlərə sözün nədir?
- Bu günə kimi bizi dəstəklədikləri üçün hər birinə təşəkkür edirəm. Çempion olmağımızda onların da payı çoxdur. Bu çempionluğa görə bizi sevən və dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.
- Hədəfiniz Çempionlar Liqasının qrupudur, yoxsa ötənilki uğuru təkrarlamaqdır?
- Əlimizdən gələnin ən yaxşısı etməkdir, desəm, daha düzgün olar.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi