"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son iki turunda xal itirdiniz. Bu nəticələrdən sonra "İnter" də çempionluğa ümidlənib. Halbuki, hələ bir neçə tur əvvəl bu komandanın bəzi futbolçuları "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmişdi.
- Hər zaman qeyd etmişik ki, bizi təbrik etmək tezdir. Bu təbriklər komandada arxayınlıq yarada bilər. Ancaq biz deyilənlərə fikir vermirik. Hər oyuna üç xal üçün çıxırıq. Çempionluğu hamıdan çox biz istəyirik. Bunun üçün də öz işimizlə məşğul olmalıyıq.
- Ardıcıl iki oyunda xal itirməyinizin səbəbini nə ilə izah etmək olar?
- Futbolda hər oyun qalib gəlməlisən deyə bir qanun yoxdur. İstənilən nəticələr qeydə alına bilər. "Qəbələ" ilə matçda qələbəni son dəqiqədə əldən verdik. "Xəzər Lənkəran"a isə hətta uduza bilərdik. Hərdən elə olur ki, hesabda geri olduğumuz oyunlarda qollar vurub qələbə qazanırıq. Yəni arıdıcıl iki oyunda xal itirməyimizdə qeyri-adi bir şey yoxdur. Onu da nəzərə alın ki, rəqiblərimiz də meydana qələbə üçün çıxır.
- Arxayınlıq və yaxud yorğunluq da qələbəyə mane ola bilər.
- Oyunumuzda heç bir eniş yoxdur. Hər şey qaydasındadır. Məncə, heç bir futbolçumuzda arxayınlaşma yoxdur.
- Mütəxəssilər qeyd edir ki, "Qarabağ" son vaxtlar əvvəlki oyununu sərgiləmir.
- Mütəxəssislər də nəsə deməlidir. Onların fikrinə hörmətlə yanaşırıq. Ancaq biz hər bir oyuna qələbə üçün çıxırıq. Sadəcə, istədiyin hər zaman alınmır.
- Növbəti oyununuz "Sumqayıt"la olacaq. Bu vacib qarşılaşmadan nə gözləmək olar?
- "Sumqayıt"la oyunda qələbə bizə çox vacibdir. Bilirsiniz ki, "İnter" Qəbələdə xal itirsə, "Sumqayıt" üzərində qələbə ilə çempionluğumuzu rəsmiləşdirə bilərik. Ancaq qətiyyən kiminsə oyununa fikir vermirik. Bizə ancaq öz oyunumuz maraqlıdır. Qələbələri sıralayanda çempionluğa qovuşursan. Yəni biz qələbələr qazansaq, "İnter"in nəticələrinin əhəmiyyəti qalmayacaq.
- "Qarabağ"ın ardıcıl xal itkilərindən sonra "İnter"in futbolçuları iddialı açıqlamalar verərək çempionluq şanslarının az olmadığını bildirirlər.
- Qoy, kim nə danışır danışsın. Bizi ancaq öz oyunumuz maraqlandırır. Qeyd etdiyim kimi, "İnter"in oyunu bizi maraqlandırmır.
- "İnter"in "Qarabağa"a yaxınlaşması komandanızda həyəcan yaratmayıb ki?
- Əslində bu xal itkiləri bizi daha məsuliyyətli olmağa vadar edir. Ancaq komandamız təşvişə düşməyib. Buna gərək yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı