“Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə cavab qarşılaşmasından (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın xəbərinə görə, o, bu matç, eləcə də klubun planları haqda danışıb.
- Oyunla bağlı fikirlərinzi bilmək istərdik.
- Açığı, futbolla elə də dərindən maraqlanmırdım. Ümummilli liderimiz Heydər Əliyev o zaman mənə dedi ki, bu klubu al, “Qarabağ”ın adını dünyaya tanıt. "Qarabağ"a sahib çıxmaq bizim üçün məsuliyyətli idi. Hazırda “Qarabağ”ı dünyaya tanıtmağa, Qarabağın əsl sahibinin kim olduğunu sübut etməyə çalışırıq. İşimizdə iman var, baş məşqçimiz imanlı adamdır. Şükürlər olsun ki, bura qədər irəlilədik, yolumuza davam edəcəyik. Yaxşı
- “Qarabağ”ın oyununu izləyən zaman dincəlirsiniz, yoxsa həyəcanlanırsınız?
- Əlbəttə, həyəcanlanıram. Həyatda vacib olan odur ki, işi düzgün yerinə yetirəsən. Belə olanda Allah da kömək edər. Həqiqət, dürüstlük, kişilik olsa, ölkənin mənafeyi hər şeydən üstün tutulacaq. Siz jurnalistlər də gələcəkdə kimlərəsə istiqamət verə bilərsiniz. "Qarabağ"ı dünyaya tanıtmaq istəyirik. Qarabağ bizimdir, bizim də olacaq.
- Ağdamın işğal günü ərəfəsində bu qələbə yerinə düşdümü?
- Bəli, buna görə ikiqat sevinirik, şükür edirik. Cənab prezidentimiz bütün sahələrdə Qarabağ üçün siayasət aparır. Diplomatik, iqtisadi və s. Biz də əlimizdən gələni edirik ki, üzərimizə düşün işi layiqincə yerinə yetirək.. Sizi “Qarabağ”ın yeni inşa edilən 5 ulduzlu otelini görməyə dəvət edəcəyik. Çox gözəl klub, baza yaratmışıq. 5-6 ay ərzində tikinti işlərə başa çatacaq. Dəvət edəcəyik, çay içəcəyik, görülən işlərlə tanış olacağıq.
- Ağdamlı azarkeşlər hələ də çempionluq kubokunun yolunu gözləyirlər. Nə vaxt kuboku Ağdama aparmaq fikriniz var?
- Mən əvvəldən həqiqəti demişəm. "Qarabağ" Ağdama tez-tez gedib-gələndə yorulur. Ağdam Qarabağın bir parçasıdır. Qarabağ isə Azərbaycan deməkdir, hər kəsin ürəyindədir. Onların könlünü xoş eləmək üçün hərdən gedib-gələcəyik. Amma bunu tez-tez edə bilməyəcəyik. Kuboku Ağdama aparacağıq. Ancaq indi beynəlxalq oyunlar başlayıb. Rəqibləri “Qarabağ”ı çox ciddi bir komanda kimi qəbul edir. “Azərsun” olaraq “Qarabağ”ın inkişafı üçün bütün işləri görürük. Bu arada sizləri mətbuat günü münasibəti ilə təbrik edirəm. Məni tənqid etsələr də, mətbuatı sevirəm.
- Gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar əksər klublar futbol komandasının büdcəsini azaldıb. Bu baxımdan “Qarabağ”da vəziyyət necədir?
- Bizim elə bir sıxıntımız yoxdur. Müəyyən mərhələyə qədər gəlmişik, bundan sonra da yolumuza davam edəcəyik.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı