Güləşçilərimizdən iki medal - Dünya çempionatı

Güləşçilərimizdən iki medal - Dünya çempionatı
GÜLƏŞ 18 Avqust 2026 / 00:49 219
-  A +

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kiloqram) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb - 8:0. Daha sonra isə ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.

Cavidan Nehmətov (77 kiloqram) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medala layiq görülüb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner