Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 2-ci günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.
Əli Cavadlı (45 kq) bolqarıstanlı Oqnyan Burqazovla gürcüstanlı Luka Bolkvadzeyə 9:0 hesabıyla qalib gəlib. Yarımfinalda iranlı Armin Esmaili xalçaya çıxmadığı üçün güləşçimiz finala yüksəlib. Əli sabah finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.
Abdurrahman Hüseynli (51 kq) qazaxıstanlı Kuanişbek Janqajol (9:0), əlcəzairli Lyes Bumaza (9:0), ermənistanlı Gevorq Harutyunyan (6:4) və gürcüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək dünya çempionatının finalına vəsiqə qazanıb. Abdurrahman həlledici görüşdə özbəkistanlı Bunyod Hasanovla güləşəcək.
Elmir Çərkəzov (60 kq) qazaxıstanlı Nurali Askarı (2:0) üstələdikdən sonra almaniyalı Kristiano Liibtsaytı ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. Çərkəzov daha sonra belaruslu Raman Şarkovdan (3:0) güclü olub. Yarımfinalda iranlı Amirreza Tahmasbpurmarzuniyə 4:5 hesabıyla məğlub olan Elmir sabah bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Nadir Həsənov (71 kq) debütdə tacikistanlı Mahdi Azizboyevi vaxtından əvvəl (10:1) yolundan kənarlaşdırsa da, 1/8 finalda ukraynalı Roman İvanikə uduzub – 0:9.
Zöhrab Səfərov (92 kq) ilk mərhələdə ukraynalı Hlib Yevsiyevə 4:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zöhrab sabah təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu