“Bir həftə əvvəlki oyundan fərqli futbol nümayiş etdirmək istəyirdik. Xüsusilə ilk hissədə buna nail olduq. Topa daha çox sahib olduq, hücumlar qurduq, rəqibə təzyiq etdik və bir neçə yaxşı qol imkanı yaratdıq. Amma ilk qolu vura bilmədik”.
QOL.az xəbər verir ki, bu sözləri Finlandiyanın KuPS klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Nuutinen “Sabah”ın hesabı açmasından sonra oyunun dəyişdiyini vurğulayıb:
“Rəqibin ilk qolunun qarşısını daha yaxşı ala bilərdik. Bundan sonra oyuna əvvəlki kimi nəzarət edə bilmədik və enerjimiz də azaldı. Evdə 0:2 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Amma Bakıda keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu dəfə olmaq istədiyimiz KuPS-a daha çox bənzəyirdik”.
KuPS-un baş məşqçisi “Sabah"ı komanda kimi yüksək qiymətləndirib:
“Biz çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq. “Sabah”ı təbrik edirəm”.
Xatırladaq ki, ilk matçda da qalib gələn (1:0) “Sabah” UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır