Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bu yay transferi pəncərəsi zamanı klubu "Kayzerslautern"i tərk edəcək.
QOL.az-a daxil olan xəbərə görə, 29 yaşlı futbolçunun əcnəbi meneceri hazırda Emreli üçün klub axtarışındadır və bu istiqamətdə Almaniya da daxil olmaqla bir neçə Avropa ölkəsinin klubu ilə danışıqlar gedir.
M.Emrelinin 2-ci bundesliqa klubundan getmək istəməsinin səbəbi ötən mövsüm lazımi oyun şansı qazana bilməməsidir. Bugünlərdə futbolçu özü jurnalistlərə deyib: "Təbii ki, belə davam etsə, "Kayzerslautern"də qalmaq barədə düşünməyəcəm. Onsuz da bu addım ilk olaraq məndən gəlməyib. Məşqçi nədənsə çıxıb belə bir açıqlama vermişdi. Bununla bağlı menecerlərim məşğul olurlar. Reallıq odur ki, klubla 2 illik müqaviləm var. Açıq şəkildə gedəcəyimi, yaxud da qalacağımı demək çətindir".
Emreli alman klubundan ayrılacağı halda Azərbaycana qayıtmaq niyyətində deyil. O, bu yaxınlarda Malta ilə yoxlama matçından (0:2) sonra QOL.az-ın müxbirinin bununla bağlı sualına cavab olaraq deyib ki, indiki durumunda Azərbaycan klubunda oynamaq istəmir.
“Bəlkə də ötən mövsüm geri qayıda bilərdim. Amma belə uğursuz mövsümdən sonra buna getmək istəməzdim. Haqqımda "orada alınmadı, ona görə də geri qayıtdı" demələrini istəmirəm. Hazırda xaricdə qalmaq və oynamağa davam etmək istəyirəm” - deyə o bildirib.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”