“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukrayna mətbuatına - sport.ua saytına müsahibə verib.
QOL.az xəbər verir ki, 59 yaşlı mütəxəssis komanda ilə bağlə təəssüratlarını bölüşüb, qarşıya qoyduğu hədəfləri açıqlayıb.
- Yuri Nikolayeviç, artıq bir aydır “Neftçi”nin baş məşqçisiniz. Təəssüratlarınız necədir?
- Yalnız müsbət. Burada hər şey xoşuma gəlir. Ən önəmlisi futbolçular məşqçilər korpusunun tələb və göstərişlərini düzgün qəbul edirlər. Komandanın vəziyyətini yaxşılaşdırmaq üçün çalışacağıq.
- “Neftçi” ilə müqavilənizin müddəti nə qədərdir?
- 1,5 il.
- Çempionatda komandanız yeddinci pillədədir. Mövsümün sonu üçün hansı vəzifələr qoyulub?
- Azərbaycanda “Neftçi” Ukraynadakı “Dinamo” kimidir, ona görə də hədəflər həmişə ən yüksəkdir. Qızıl medallara çatmaq çətin olacaq, amma hər oyunda qalib gəlməyə çalışacağıq ki, mümkün qədər yüksək pilləyə qalxaq. Futbolçular bunu başa düşür, hətta komandada çoxlu legioner olsa da.
Biz təlim-məşq toplanışı keçirik və futbolçuların işə yanaşması xoşuma gəlir. “Neftçi”yə oyunçular yaxşı seçilib. İndi fiziki hazırlığı artırmaq, intizamı gücləndirmək qalır və sonra irəli getmək qalır (gülür). Düşünürəm ki, futbolçular da özlərini sübut etməkdə və irəliləmək istəməkdə maraqlıdır.
– Siz demişdiniz ki, komandadakı legionerlərin səviyyəsindən narazısınız. Bu fikiriniz dəyişib?
– Bu, jurnalistlərin uydurmasıdır. Yeganə geniş olmayan müsahibəni klubun mətbuat xidmətinə “Neftçi”ilə müqavilə imzaladıqdan sonra vermişəm. O vaxtdan bəri nə azərbaycanlı, nə də ukraynalı jurnalistlərlə danışmışam. Siz ilk jurnalistsiniz ki, təyinatımdan bir ay sonra ayrıca müsahibə verirəm. Bir də ki, mən futbolçularım haqda pis danışmaram. Bu, onların nüfuzunu zədələyər. Biz bir qayıqda oturmuşuq, eyni istiqamətdə üzməliyik.
– Legionerlər arasında ən ulduz futbolçu Vensan Abubakardır. “Beşiktaş” və “Portu”nun sabiq hücumçusunun hazırkı durumu necədir?
- O, hazırlıqlarda əla iştirak etdi, bir məşqi belə buraxmadı və çəki atdı. Onu izləyirəm və görürəm ki, Vensan oynamaq istəyir. amma rəqabət var, məsələn, Bassalu Sambunun timsalında. Amma Abubakar ulduz oyunçudur, bunu 100 faiz deyə bilərəm.
– Sizdən soruşmaya bilmirəm. Ukraynadan yeni oyunçu almağı planlaşdırırsınız?
- Hazırda yox. Burada yalnız “Çernomorets”in keçmiş yarımmüdafiəçisi Andrey Ştoqrin oynayır. O, hazırlıqlarda iştirak etdi və məndə çox yaxşı təəssürat bağışladı. İndi o, əsas komandaya sifariş olunacaq.
– “Neftçi”ni yenidən zirvəyə qaytarmaq çətin olmayacaq? Nəzərə alaq ki, hazırda Azərbaycanda “Qarabağ” üstündür.
– Niyə rəqibin əhvalını pozmayaq ki? (gülür). Ona görə mən bu çağırışı qəbul etmişəm. Mənə bura gəlib tanınmış klubda işləmək maraqlı idi. “Neftçi” hazırda olması lazım olan mövqedə deyil. Bu isə məşqçi korpusumuz üçün stimuldur. Uzağa baxmadan, sadəcə işləyəcəyik. Hər şey mümkündür.
– Yaxınlarda Azərbaycanda ukraynalı məşqçilərin derbisi olacaq. Andrey Demçenkonun rəhbərlik etdiyi “Araz-Naxçıvan”la oyunu prinsipial hesab edirsiniz?
- Turnir cədvəlindəki mövqeyə görə bu oyun vacibdir, amma şəxsi rəqabət məsələsi deyil. Əsas odur ki, komanda irəliləsin. Məncə, Demçenko da belə düşünür. Bu oyun bizim üçün önəmlidir, güclü tərəf qalib olacaq. “Neftçi” xal toplamalıdır.
- Rusiyaya münasibətdə mövqeyinizi nəzərə alaraq soruşmaya bilmərəm: “Neftçi” ilə Moskvanın “Lokomotiv” klubu arasında əməkdaşlıq memorandumu imzalanmasına necə reaksiya verdiniz?
- Burada da jurnalistlər məlumatı şişirdiblər. Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla nə əlaqəm var? Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada Ukrayna dilində danışıram, sözlərimi isə futbolçulara və ya həmsöhbətə tərcüməçi çatdırır.
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Belçika millisinin DÇ-2026 üçün heyəti
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
2029-cu ilin yayına kimi "Borussiya"da - Rəsmi
"Mançester Yunayted"də mövsümün ən yaxşısı açıqlandı
Yevlaxda heyətlər açıqlandı
"Zalsburq"dan İngiltərə klubuna
Qarabağdan Belçikaya gedən futbol yolu - "Suqovuşan" turniri
"Everton"un əfsanəsi komandadan ayrılır
Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı
Avropa çempionu: “Qələbəni atama həsr edirəm”
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Rodri ilə müqavilə uzadılacaq
"Mançester Yunayted" Onananı satacaq
Fransa millisinə düşə bilmədi, Əlcəzairi seçdi
"Bavariya" Qordonun transferini bitirir
Onları niyə DÇ-2026-yə aparmamasından danışdı
Azərbaycan taekvondoçusu Avropa 3-cüsü oldu
Fransa millisinin DÇ-2026 üçün heyəti
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı