Bu gün Misli Premyer Liqasının 11-ci turuna yekun vurulub. Turun son qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
– Mən də ölkəmizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.
– Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlı idi?
– Oyundan əvvəl onun zədəsi vardı. Ona görə də bir hissəni Mahmudov, digər hissəni isə Rezabala oynatdım. Birinci hissənin sonlarına yaxın Mahmudov özü dəyişilmək istədiyini göstərdi.
– Vensan Abubakarın bugünkü oyunu barədə fikriniz necədir?
– Komanda pis oynamadı. "Qarabağ"a qarşı səfərdə oynamaq asan deyil və onların səviyyəsini görmək mümkündür. Birinci hissədə düzgün və yaxşı futbol sərgilədik, bu performansı sona qədər davam etdirdik. Abubakarın epizodlarda iştirak etməməsi "Qarabağ"ın güclü müdafiəsi ilə bağlı idi. 2-3 imkan vardı ki, onlardan yararlana bilərdik. Uduzmağımızın səbəbi komandamızın ümumi oyunudur. Əsas odur ki, güclü hücumçularımız var və Abubakarın gəlməsi ilə digər hücumçular motivasiyasını artırdı. Lakin mənimlə razılaşmaya bilərsiniz, amma belə dəqiqələrdə ucuz penaltilər verilməsi düzgün deyil. Elçin Məsiyev kontakt oyun olduğunu qeyd edirsə, niyə "Zirə" və "Turan Tovuz" matçlarında belə penalti verilmədi? Bu, oyunçulara mənfi təsir göstərdi.
– İstədiyiniz nəticəni əldə etməyə nə mane oldu?
– Qol vurmalısan ki, qalib gələsən. Komandamdan razıyam. Bu gün izləyicilər fərqli bir "Neftçi" görür. Artıq yaxşı komanda qururuq və oyun pis alınmadı. Bəzi futbolçular meydanda çox effektiv idilər, bəzi planlar isə pozuldu. Bunları inkişaf etdirəcəyik.
– "Neftçi" qolu buraxdıqdan sonra riskə gec getdiniz. Səbəb nə idi?
– Səbirlə hərəkət edirdik. Alesio Kurçini də oyuna daxil etmək istəyirdik, amma Emin Mahmudovun oyundan çıxması bütün planları pozdu. Düşünürdük ki, 70-75-ci dəqiqələrdə hücumameyilli və sürətli oyunçuları daxil edək. Sıx müdafiə edirdik və hesab edirəm ki, gecikmə olmadı, sadəcə plan pozuldu.
– Futbolçularun bəzi epizodlarda fərdi oynamasına fikriniz necədir?
– Bu düzgün qərar idi. Rəqib yüksək pressinq tətbiq edirdi və bu şəraitdə bir oyunçunun əksilməsi vacib idi. Pressinq top itkisinə səbəb ola bilərdi, belə oyun isə komandamızın inkişafına müsbət təsir edir.
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir
Qvardiola mümkün transferlər haqda
Bir oyun belə keçirmədən yeni klubunda rekorda imza atdı
"Barselona"nın yeni müdafiəçi planı
Bellinqem üçün sərvət ödəməyə hazırdırlar
"Yuventus"da Kenan Yıldız sevinci
Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər
“Real” Zidanı qaytarırmı?
Federasiya prezidentinə qarşı korrupsiya ittihamı
İlin ən yaxşı məşqçilərinin reytinqi
"Mançester Yunayted"in qələbə qolu - Video
Mərakeş qələbəni əldən verdi
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi
Salahın qolu Misirə qələbə qazandırdı - Video
“Traktor” səfərdə xal itirdi
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir