Avropa Superliqasının təşəbbüskarı olan "A22 Sports Management" UEFA ilə Çempionlar Liqasının yeni formatının yaradılmasına dair danışıqlar apardığını təsdiqləyib.
QOL.az Fransanın "L' Equipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi AFP-yə məlumat verib. Lakin o, layihənin həyata keçirilməsi üçün hələ heç bir razılaşmanın əldə olunmadığını da bildirib. Bu açıqlama "Real"la yanaşı Superliqa layihəsinin əsas tərəfdarlarından olan "Barselona" klubunun prezidenti Joan Laportanın “UEFA ilə Avropa futbolunun sakitləşdirilməsi üçün razılıq əldə olunmalıdır” fikirlərindən sonra verilib.
A22-nin sözçüsü son aylarda bu istiqamətdə müntəzəm görüşlərin keçirildiyini deyib. Xüsusilə 2024-cü ilin mayında İspaniyada verilmiş məhkəmə qərarına əsaslanan Superliqa təşəbbüskarları hesab edirlər ki, onlar yeni bir yarış yaratmaq hüququna malikdirlər və UEFA buna mane ola bilməz.
Avropa Ədalət Məhkəməsinin qərarında qeyd olunur ki, FİFA və UEFA öz dominant mövqeyindən sui-istifadə edib, azad rəqabəti məhdudlaşdırıb. Eyni zamanda məhkəmə Superliqa layihəsini dəstəkləmir və ya təsdiqləmir. Qərar yalnız rəqabət hüquqi ilə bağlıdır.
UEFA isə öz tərəfindən təsdiq edib ki, qurumun baş katibi Theodor Theodoridis “Real" Madrid prezidentinə yaxın olan Anas Laqrari ilə bir neçə dəfə görüşüb, lakin bu görüşlərdən heç bir razılaşma əldə olunmayıb. “Biz açıq şəkildə bildiririk ki, Çempionlar Liqasının formatını dəyişdirmək niyyətimiz yoxdur,” – deyə UEFA-dan bildirib.
Superliqa təşəbbüskarlarının ÇL-ə təklif etdiyi format dəyişikliyinə əsasən, Çempionlar Liqasında indi olduğu kimi 36 komanda yarışır. Lakin onlar hər birində 18 olmaqla 2 fərqli qrupa bölünür. Əsas qrupda reytinqi yüksək olan 18 komanda birbaşa 1/8 final üçün yarışır, ikinci qrupdakı digər 18 komanda isə pley-off uğrunda mübarizə aparır.
"Mundo Deportivo"nun məlumatına görə isə danışıqlar bir neçə ay ciddi gizlilik şəraitində aparılıb. Bildirilir ki, 2024-cü ilin dekabr ayından bəri tərəflər arasında ən azı yeddi görüş keçirilib. Bu görüşlərdə Çempionlar Liqasının inkişaf planı müzakirə olunub. Həmin plan 2027-ci ildə, televiziya yayım hüquqlarının növbəti satış dövrü başladığı zaman qüvvəyə minə bilər.
“Bu innovativ təklif hazırda masadadır. Əgər UEFA onu qəbul etməsə, onun öz səbəbləri olacaq. Amma biz daim hüquqi qərarları nəzərə almamaq yolunu tuta bilmərik” - deyə Superliqa təşəbbüskarı bildiriblər.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə