"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Aris"ə 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
QOL.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib:
"Yaxşı, maraqlı, dinamik oyun gördük. Bilirdik ki, rəqib bizə nə sürprizlər hazırlayıb. Yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulardır. Amma yenə də komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı olacaq.
Mütəxəssis boşa verilən qol fürsətlərindən danışıb: "Ustalıqla bağlı deyil. Futbol emosiya oyunudur. Ola bilər ki, futbolçuların hissləri üstün gəldi. O epizodlara komanda girirsə, ona alqış düşür. Qarşımızdakı rəqib yaxşı komanda idi. Oyunçular ən yaxşısını etməyə çalışırdılar".
E.Baxşıyev buraxdıqları qolda olan mübahisəli qərardan da söz açıb: "VAR-ın tərəfdarıyam. Biz də gördük ki, penalti idi. Amma hakim fərqli qərar verdi. Hücumdan da qol buraxdıq. Siz komandanı indi görürsünüz, biz 14 günlük toplanışda hiss edirdik ki, xarakteri formalaşdırır. Möhkəm komandamız var. Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik. Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq, komandanı unutmuş olacağıq. Özümüzə köklənirik".
O, Naxçıvandan gələn azarkeşlər barədə danışıb: "Bu gün atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadı, hücuma səsləyirdilər".
Mütəxəssis komandasının çıxışını şərh edib: "Mən daha çox qələbə yox, futbolçularımın meydandakı tapşırıqları yerinə yetirməyə çalışmaqları maraqlandırırdı. Özlərinə güvənirdilər. Qələbə münasibətilə onları təbrik edirəm. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq. Tam desəm ki, əla idik, yaxşı idik, yox. Günü-gündən yaxşılığa doğru gedirik. Bu gün meydana çıxan oyunçuların 5-i yeni qoşulub bizə. Günlər keçdikcə, futbolçular da adaptasiyanı daha rahat keçəcək".
E.Baxşıyev cavab oyunundan da söz açıb: "Heyətimiz cavan futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış, təcrübəyə sahibik. Düşünmürəm ki, səfərdə ab-hava onlara təsir etsin. Komanda şəklində buna da hazır olacağıq".
O, Naxçıvanda oynamaq imkanından danışıb: "Biz də Naxçıvanda oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı orada keçirək, komanda olaraq buna sevinərik. Oranın da başqa ab-havası var, futbolu orada da sevirlər. "Araz-Naxçıvan" avrokuboklara getməklə çoxlarına sürpriz etdi. İlk qələbəmizi də qazandıq. Pillə-pillə arzulara doğru irəliləyirik".
Mütəxəssis futbolçusu Patrik Andradenin çıxışı ilə bağlı suala belə cavab verib: "Komandada ab-hava sağlamdır. Heyətimizdə bizimlə olan insanlar da onu görür, hiss edir. Yaxşı ab-hava formalaşdırmışıq. Təzyiq yoxdur burada. Komandamızın potensialı bu deyil".
E.Baxşıyev yerli çempionatdakı hədəflərdən də danışıb: "Çempionata hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər. Çempionatda yaxşı iş ortaya qoyacağıq".
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol