"Qarabağ"la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlaşan "Tvente" Bakı səfərinə xüsusi hazırlıqla yollanıb.
QOL.az xəbər verir ki, "Twenteinsite" nəşrinin məlumatına görə, Niderland klubu uzun məsafəni nəzərə alaraq Bakıya səfərini adət etdiyindən daha erkən reallaşdırıb. Klub adətən səfər oyunları üçün qarşılaşmadan bir gün əvvəl yola düşsə də, bu dəfə həmin qaydada dəyişiklik edib.
"Tvente"nin komanda meneceri Bart Bruins səfərin təşkili ilə bağlı açıqlamasında bildirib ki, Bakı ilə məsafənin 4 min kilometrdən çox olması hazırlıq planına təsir edib: "Adətən Avropa səfər oyunları üçün matçdan bir gün əvvəl yola düşürük. Lakin məsafə və uzun uçuş vaxtı səbəbindən bu dəfə Bakıya bir gün tez gəlmək qərarına gəldik".
Bruins adətən oyun keçiriləcək stadion və digər şəraitlə əvvəlcədən şəxsən tanış olduğunu, lakin vaxt azlığı səbəbindən bu dəfə bunu edə bilmədiyini bildirib.
Niderland təmsilçisi Bakı səfərinə hazırlaşarkən “Ayaks”ın da təcrübəsindən yararlanıb. Amsterdam klubu son üç ildə iki dəfə Bakıda olub və hər iki görüşdə “Qarabağ” üzərində qələbə qazanıb. Bruins bu barədə deyib: "Ayaks"la çox əlaqə saxladıq. Onlar son üç ildə iki dəfə burada olublar".
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı