"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə 1:4 hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırmalı olub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Təəssüf ki, məğlub olduq. Belə nəticə istəmirdik. Əlbəttə, səhvlərimiz var idi, amma meydanda mübarizə aparan bir kollektiv gördüm. Çatışmazlıqlarımız oldu. Rəqibi təbrik edirəm. Heç olmasa Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək istəyirdik. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Azarkeşlər möhtəşəm ab-hava yaratdılar.”
- Oyunda dönüş nöqtəsi hansı məqam oldu?
- Hücumda rotasiyalar edə bilmirdik. Çatışmazlıqlarımız var idi və belə bir komandaya qarşı hücumda daha sürətli olmalı idik. “Tvente” topla çox yaxşı davranır.
- Avrokuboklardan kənarda qalmağın komandanın daha da birləşməsi baxımından faydalı olduğunu düşünürsünüz?
- Dəyişikliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklər zəruridir. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək. Amma Avropa təcrübəsi də artıq olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət və əlavə təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq və ümid edirəm ki, bu dəyişikliklər yaxşıya doğrudur. Futbol hər il inkişaf edir və komanda formalaşdırmaq, rəqiblərlə bərabər səviyyədə oynamaq üçün biz daha da inkişaf etməliyik.
- Hamı bilir ki, sevimli rəqəminiz 13-dür. Avrokuboklardakı seriyanız da məhz 13-cü ildə dayandı...
- Mən elə şeylərə çox da inanmıram. Sadəcə, 13 rəqəmini özümüz seçmişik. Belə detallara diqqət yetirməyə dəyməz.
- Bruno Lanqanı niyə əvəzlədiniz?
- O, ikinci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq.
- Liqada yenidən çempionluğu qaytara biləcəksiniz?
- Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” güclənib. “Turan Tovuz”u da qeyd etməliyəm, yaxşı heyət formalaşdırıblar. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçular optimal formaya çatacaqlar.
- Azarkeşi olduğunuz “Barselona” Bakıda “Sabah”la oynayacaq...
- Stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Burada əlavə ediləsi çox şey yoxdur. “Barselona”ya digər oyunlarda azarkeşlik edəcəyəm.
- Məğlubiyyətə görə bütün tənqidlər sizin ünvanınıza gəlir. Əsas iradlar heyətin kasad olması və transferlərin məhz bu gün, oyun günü açıqlanmasıdır. Gecikmisiniz?
- Gecikdik. Ümumi transfer işlərinə yanvar ayından başlamışdıq. Əldə etdiyimizi tez bir zamanda etdik. Əgər bu transferlər heç olmasa 10 gün əvvəl həll olunsaydı, faydası ola bilərdi. Alınmadı... Heyətlə bağlı problemlərimiz də var idi, gözlənilməz zədələr baş verdi. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün bizə məğlubiyyət qismət idi. İndi əsas sual budur ki, buna necə reaksiya verəcəyik.
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Mahir və Muradın komandaları üçün həlledici gün
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
ÇL-də “Sabah” dominantlığı – Bu göstəricilərdə lider oldular
“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video
Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları
"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - Rəsmi
ÇL-də pley-off mərhələsinə yekun vuruldu
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir