“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Misli Premyer Liqasının 17-ci turunun "Sumqayıt"a qarşı matçından (5:0) sonra QOL.az saytına müsahibə verib
- “Sumqayıt”la oyunda qazanılan 5 qollu qələbə barədə nə deyə bilərsiniz?
- Çox yaxşı oyun keçdi. Hər şey istədiyimiz kimi alındı. Baş məşqçimiz nəyi tələb edirdisə, çalışırdıq onu da meydanda edək. Şükürlər olsun ki, qələbə bizim tərəfdə oldu.
- Hesab arasındakı fərqin bu qədər böyük olmasına səbəb nə idi: erkən qol təsir etdi, yoxsa “Elfsborq”un acığını çıxırdınız?
- Xeyr, elə deməzdim. “Sumqayıt”dan “Elfsborq”un acığını çıxmırdıq. Sadəcə rəqibi düzgün təhlil etmişdik. Oyun pressinq üzərində qurulmuşdu. Baş məşqçimiz tapşırmışdı ki, topu itirən kimi rəqibdən alıb, dərhal irəli atılaq.
- Bəs ikinci hissədə dayanmağınıza səbəb nə oldu?
- Bir qədər taktiki dəyişiklik oldu. Mən hücumlara daha az qoşulurdum. Üstəlik, əvəzetmələr oldu. Mümkün qədər çalışdıq top saxlayaq ki, çox yüklənməyək.
- İki gün sonra “Şamaxı”, sonra isə “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. İstirahət ərəfəsində bu oyunlara köklənmək mümkün olacaq?
- İstirahətin öz vaxtı var. İndi bu barədə düşünmürük. Hazırda fikrimiz yalnız ilin son iki oyunu ilə bağlıdır. Əlimizdən gələni edəcəyik ki, bu matçlarda xal itirməyək.
- “Araz-Naxçıvan”ın üzvü Felipe Santos qarşıdakı matçın komandası üçün finala bərabər olduğunu bildirdi. Bəs, “Qarabağ” üçün qarşıdakı matç hansı əhəmiyyət kəsb edir?
- Bizim üçün rəqibin kimliyi fərq eləmir. Hər bir oyuna eyni dərəcədə ciddi yanaşırıq. Qurban müəllim də hər zaman tapşırır ki, heç kim arxayınlaşa bilməz, məsuliyyətli olmaq lazımdır. Ümid edirəm ki, “Araz-Naxçıvan”la görüşdə də 3 xalımızı qazanacağıq.
- Son məğlubiyyətdən sonra Avroliqada pley-off şansı demək olar ki, qalmayıb. Bu məqam “FCSB” və “Olimpiakos”la qarşıdakı matçlara 100 faiz konsentrasiya olmağınıza mane olmayacaq?
- Xeyr, əksinə, daha çox motivasiyalı olacağıq. Düzdür, zədəlilərimiz var. Amma inanıram ki, heyətdəki futbolçularla daha da yaxşı oynayıb xallar qazanacağıq. Ümid edirəm ki, hər iki matçda qələbə qazana biləcəyik.
- Əvvəlki mövsümlərlə müqayisədə qış fasiləsinin müddəti çox azdır. Bu məqam işinizi nə dərəcədə çətinləşdirəcək?
- Necə olacağını bilmirəm. Əsas odur ki, heç kim zədələnməsin. Məşqlərdə də əlimizdən gələni edəcəyik ki, yaxşı hazırlıq keçək.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı