1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi

1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
ÖLKƏ FUTBOLU 17 May 2024 / 14:33 1723
-  A +

Azərbaycan 1-ci liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, tədbir mayın 23-də keçiriləcək.

Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.

Xatırladaq ki, 1-ci lqiada mövsümün qalibi son turun oyunlarından sonra bəlli olacaq. Mövsümün son oyunları ilə mayın 22-də keçiriləcək. Lider "Şamaxı" autsayder  "Araz Saatlı"nı qəbul edəcək, 2-ci pillədə qərarlaşan "Qaradağ Lökbatan" isə "Mingəçevir"in qonağı olacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner