“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 19-cu turunda “Sabah”la heç-heçə (0:0) etdiniz. Qarşılaşmanı necə şərh edərdiniz?
- Çətin oyun alındı. Çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. “Sabah” bir neçə ildir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu da onların müsbət tərəfidir. Bilirdik ki, bizi çətin görüş gözləyir. Sona kimi mübarizə apardıq. Təəssüf ki, yekunda 1 xalla kifayətləndik.
- Sizcə, qələbə üçün nə çatmadı?
- Lazım olan qolu vura bilmədik. Bunun üçün isə rəqib qapısı önündə bir qədər daha iti olmalıyıq. Səhvlərimiz üzərində işləməli, çatışmayan cəhətlərimizi düzəltməliyik. İnanıram ki, tezliklə bundan yaxşı durumda olacağıq.
- Baş məşqçi vəzifəsinə Miodraq Bojoviçin gəlişi “Neftçi”də nələri dəyişib?
- Yeni baş məşqçinin öz tələbləri var. Bu da normal prosesdir. Antalyada Bojoviçin rəhbərliyi altında hazırlıq keçdik. Qısa müddətdə çalışdıq ki, onun istədiklərini maksimum dərəcədə yerinə yetirək. Hələ ki, Bojoviç komandada yenidir. Düşünürəm ki, zaman keçdikcə komanda onun istədiyi vəziyyətə gələcək.
- Oyundan öncə, yaxud matçın fasiləsində Bojoviç sizdən daha çox nə tələb edirdi?
- Ümumi götürsək, onun istədikləri hamısı taktiki gedişlər idi. Bu, komandadaxili məsələ olduğu üçün geniş danışa bilmərəm. Qısaca onu söyləyim ki, həftə boyu məşqlərdə baş məşqçinin istədiklərini reallaşdırmağa çalışmışdıq. Bojoviç çox tələbkardır. Hətta deyərdim ki, bizdən gözlədiyimizdən daha çox şey tələb edir.
- Adətən “Neftçi” və “Sabah” arasındakı matçlar məhsuldar, gərgin keçir. Amma bu dəfə 90 dəqiqə ərzində bir qol belə izləmək mümkün olmadı. Sizcə, bu, nədən irəli gəlir?
- Hər iki komandada yaxşı, səviyyəli futbolçular toplaşıb. Tərəflərdən heç bir rəqibə qol epizodlarını dəyərləndirmək imkanı vermədi. Üstəlik, fasilədən sonra çempionatın ilk turu idi. Heç kim səhv etmək istəmirdi.
- Növbəti turda “Qəbələ”ni qəbul edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- “Qəbələ”yə qarşı evdə oynayacağıq. “Sabah”la matçı səfərdə keçirsək də, azarkeşlərimiz bizi tək qoymamışdılar. 90 dəqiqə boyu bizə dəstək oldular. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Ümid edirəm ki, “Qəbələ” ilə matçda tərəfdarlarımızın sayı daha çox olacaq. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bütün gücümüzü meydanda qoyacağıq ki, qələbə qazanaq.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov