"Rəşadı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Lİqasının ilk turunda "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, evdə 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq".
Q.Qurbanov ilk oyundakı məğlubiyyətə baxmayaraq, komandasının potensialına inandığını bildirib: "Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get- gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik".
Təcrübəli mütəxxəssis azarkeşlərin "Qarabağ"ı transfer etməməkdə günahlandırmağına da münaisbət bildirib: "Onlar azaddırlar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, mövsümün ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, "Qarabağ"ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacarcağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə cavab verim sizə...Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq".
Q.Qurbanov Azərbaycan klublarının avrokuboklarda 3 ev oyununun eyni günə salınmasına görə "Qarabağ"ın oyununa az azarkeş gələcəyi ehtimalına da toxunub: "İnanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam var. Burada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdədir. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, hamı sevinsin. Hər komandanın azarkeşləri bir-birinə qarışıb, təbrik etsinlər".
Q.Qurbanov "Komandanı 4 gündən sonra HİK-lə oyuna toparlamaq çətin olacaq" sualını belə cavablandırıb: "İnanmıram çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar "Rakov"la ilk oyundan sonra var. Bu günə kimi davam edir. Üzərimizə gəlirlər yox, fikirlərini bildirir insanlar. Biz elə yola çıxmışıq ki, hazır olmalıyıq belə olaylara. Mən qarışıq, futbolçularım da xoşlayır ki, belə anda ayaqüstə duraq, məsuliyyətli olaq. Futbolçularım tam hazır olacaq".
Baş məşqçi futbolçulara mətbuata danışmaq barədə qadağa qoymadığını bildirib: "Deməmişəm. Siz də çox narahat etməyin. Onlar nə etmək lazım olduğunu bilirlər".
Q.Qurabnov Avropa Liqasının 3-cü təsniaft mərhələsindəki rəqibləri HİK (Finlandiya) haqda da danışıb: "Sanki ikinci "Rakov"dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. "Rakov" kimi müdafiə olunurılar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik. Məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək".
Qurabnov zədəli kapitan Maksim Medvedevin durumundan da danışıb: "Məncə, zədə deyil, əzələsində dartılma var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.
Q.Qurbanov bu mövsümün maraqlı olacağını düşünür: "Bu gün belə nəticə olubsa, göründü ki, çempionat maraqlı olacaq. Hər rəqib keçən illə müqayisədə daha iddialıdır, çox transfer ediblər. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki maraqlı olsun".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı