UEFA "Neftçi"nin Konfrans Liqasındakı üçüncü təsnifat mərhələsində "Beşiktaş"la ilk matçının yerini dəyişib.
Qol.az xəbər verir ki, Azərbaycan təmsilçisi avqustun 10-da ilk oyunu səfərdə keçirəcəkdi. Amma həmin gün İstanbulda "Fənərbaxça"nın da Konfrans Liqasında "Maribor"la (Sloveniya) oyunu var. Mövcud qaydalara əsasən, bir şəhərin iki komandasının matçları eyni turnirdə eyni günə düşsə, oyunların məkanlarında yerdəyişmə ola bilər.
Həmçinin oxuyun: "Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşdi
Beləliklə, UEFA "Neftçi"nin səfər matçını yerini dəyişib. "Ağ-qaralar" ilk oyununu səfərdə yox, evdə keçirməli olacaq. Bu isə o deməkdir ki, təkcə Konfrans Liqasında Bakının iki komandası eyni gündə ev oyununu Azərbaycan paytaxtında keçirəcək. Hər iki matç avqustun 10-na nəzərdə tutulub.
Maraqlıdır ki, həmin gün Avropa Liqasındakı təmsilçimiz "Qarabağ"ın da ev oyunu Bakıda olacaq. Ağdam klubu yarışın üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasını Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Beləliklə, avqustun 10-da Avropa kuboklarındakı üç təmsilçimizin hər biri ev oyunu Bakıda keçirməlidir. Artıq UEFA oyunların yerini və vaxtını təsdiq edib. "Qarabağ"la "Sabah"ın matçı saat avqustun 10-u saat 20:00-da, "Neftçi"nin matçı isə saat 21:00-da başlanacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı