"Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşdi

"Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşdi
ÖLKƏ FUTBOLU 4 Avqust 2023 / 14:50 6869
-  A +

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov özünün sosial şəbəkə hesabında məlumat verib.

Oyun "Neftçi" Arena" stadionunda (keçmiş 8-ci kilometr qəsəbəsi stadionu) keçiriləcək. Bu, "Neftçi"nin yeni ad alan arenada ilk matçı olacaq. UEFA "Beşiktaş"la oyunun avqustun 10-da Bakıda keçiriləcəyini təsdiq edib.  


Son xəbərlər
topaz banner