Şahin Diniyev yeni mövsümdə də baş məşqçisi olduğu "Səbail" klubunu çalışdıracaq.
Bu barədə Qol.az saytına açıqlamasında mütəxəssisin özü məlumat verib. O, artıq növbəti mövsüm üçün planlar qurulduğunu deyib:
"İnşallah, yolumuza davam edəcəyik, daha iddialı "Səbail" qurmağa çalışacağıq. Komandanı gücləndirmək istəyirik. Gələn mövsüm builkindən daha güclü "Səbail" olacaq. Oyunçu seçimi, komandanın hazırlığı üzərində işlər gedir. Ən çətin dövr indidir. Düzgün selleksiya işi görülməlidir. Heyətdə dəyişikliklər isə vacibdir. Əgər biz iddialı olmaq istəyiriksə, transferlər etməliyik".
Mütəxəssis artıq transfer danışıqları apardıqlarını deyib: "Həm yerli, həm də legioner transfer edəcəyik. Dünəndən danışıqlara başlamışıq. İş gedir. Həm keyfiyyətli, həm də maliyyə baxımından uyğun futbolçuları transfer etmək istəyirik".
Qeyd edək ki, Şahin Diniyevin paytaxt təmsilçisi ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir.
Nur Zeynalova
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar