“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onların dəstəyi futbolçularımıza çox kömək oldu. Oyun da azarkeşlər üçün maraqlı alındı”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis matçın 90 dəqiqə dinamik keçdiyini bildirib: “Qalib gəlməyi çox istəyirdik. Sonda istəyimizə çatdıq. Nəticəni nəzərə almayıb oyunu analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi, dinamik oyun oldu. Xeyli sayda hücumlar və qol epizodlarımız oldu. "Neftçi" məğlub olmaq istəmirdi, mübarizə apardı. Hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə futbol oldu".
Qurbanov rəqibin penalti epizodunda aqressiv olması fikri ilə razılaşmayıb: “Çox aqressiv deyildim. Soruşdum, dedilər ki, yeni qaydalar var. Hər xırda epizoda penalti və cərimə zərbəsi versələr... Bundan əvvəl də bəzən hakimlərə fikirlərimi bildirmişəm. O qədər qaydalar var ki, nə desək, özlərini haqlı çıxara biləcəklər. Bəsit epizodlarda o qədər sarı vərəqələrimiz olub ki... Bu cür oyunlarda aqressiya daha çox olur. Deyirlər yeni qanunlar var. Ona görə fikir bildirə bilmirik. Narazılığımı bildirdim”.
“Qarabağ”ın baş məşqçisi oyunun vaxtının dəyişdirilməsinə də toxunub: “Matç bizdən asılı olmayan səbəblərə görə təxirə salınmışdı. "Formula-1" Qran-prisi var idi. Bəzən belə hallar olur. Biz də avrokuboklarda oynayanda, bəzən oyunumuzu təxirə salmaq istəmişik. Hər halda, etirazımız yoxdur”.
Qurbanov “Qəbələ” ilə görüşün vaxtının dəyişməsinin isə hər iki tərəfin istəyi olduğunu vurğulayıb: “Bizim istirahətimiz bir qədər çox çəkdi. Formamızdan uzaq düşə bilərdik. Bu gün də güc sərf etdik. Oyunun vaxtının dəyişməsi həm "Qəbələ", həm də bizim üçün faydalı oldu”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"